Rusiya əhalisinin sayı son 1 ildə sülh dövrü üçün rekord həddə azalıb.
Ölkənin demoqrafik vəziyyətini şərh edən ekspert Aleksey Rakşay rəsmi məlumatlara istinad edərək deyib ki, 2020-2021-ci illərdə ölkə əhalisinin sayı 997 min nəfər azalıb.
Rəsmi doğum və ölüm rəqəmlərinə istinadən verilən məlumatlara ölkədən köç edənlərin sayı daxil deyil.
Koronavirus (Covid-19) epidemiyasından ən çox təsirlənən ölkələrin sırasında olan Rusiyada 2020-ci ilin başından bu günə qədər ortalama ölüm sayında 660 min nəfərlik artım qeydə alınıb. Aleksey Rakşay bildirib ki, rəqəmin artımına birbaşa təsir göstərən amil koronavirusdur.
Rak.ay onu da qeyd edib ki, ölkədə doğum rəqəmlərində azalma yoxdur, sadecə ölümlər artıb.
145 milyon əhalisi olan Rusiyada uzun illərdir demoqrafik vəziyyət pisləşməyə doğru gedir və əhalinin sayı sürətlə azalır. Rusiya hökuməti elan edib ki, onun əsas vəzifələrindən biri bu vəziyyəti müsbətə doğru dəyişməkdir.