İngiltərənin "Reuters" xəbər agentliyi Türkiyənin Amerikadan F-16 döyüş təyyarəsinin ehtiyyat hisslərini və 40 yeni döyüş təyyarəsi almaq istədiyini yazıb.
"Reuters" məlumatı kimliyini açıqlamadığı rəsmi mənbədən aldığını yazıb.
Milyardlarla dollar dəyərindəki təklifin artıq birinci mərhələni keçdiyi, ABŞ xarici hərbi satışlar mərhələsində olduğu, çox güman ABŞ Dövlət Departamenti və konqressi tərəfindən də təsdiqlənəcəyi yazılıb.
Türkiyə daha əvvəl Amerikanın "Lockheed Martin" şirkətindən 100 ədəd F-35 sifariş edib, ancaq S-400 böhranı səbəbindən 2019-cu ildə F-35 proqramından çıxarılmışdı.
2020-ci ilin avqustunda yayılan mıəlumatlara görə isə Türkiyənin Rusiyadan ikinci partiya “S-400” Zenit Raket Kompleksləri alması planlaşdırılırdı.
Hətta müqavilənin olduğu da qeyd olunurdu.
Rusiyanın müdafiə sənayesi şirkəti “Rosoboroneksport”un Baş direktoru Aleksandr Mixeyev satınalma ilə bağlı maliyyələşmə məsələsinin müzakirə edildiyini bildirmişdi.
2017-ci ildə Türkiyə “S-400” ZRK-ların alınması ilə bağlı Rusiya ilə müqavilə imzalayıb və ilk “S-400” alayı 2019-cu ilin avqustunda Türkiyəyə çatdırılıb.