6 Oktyabr 2021
Mətni dəyiş
28 May - Respublika Günü və 18 Oktyabr - Milli Müstəqillik Gününün adları dəyişdirilir.
Bu barədə “Müstəqillik haqqında” qanun layihəsində bildirilir.
Mayın 28-nin Müstəqillik Günü, оktyabrın 18-nin isə Müstəqilliyin Bərpası Günü kimi adlandırılması təklif edilir.
Həmin günlər hər il bayram kimi qeyd ediləcək.
Xatırladaq ki, hazırda 28 may Respublika Günü kimi qeyd olunur və həmin gün qeyri-iş günüdür. 18 oktyabr isə Milli Müstəqillik Günüdür və iş günüdür.
Layihə parlamentin iclasında müzakirəyə çıxarılacaq.