Qırğızıstan prezidenti Sadır Japarov 11 apreldə keçirilən referendumda xalq tərəfindən qəbul olunan yeni konstitusiyadan sonra hökuməti istefaya göndərib.
Qırğızıstan prezidentinin mətbuat xidmətinin yayığı məlumata görə, Sadır Japarov Baş nazir Uluqbek Maripov və bütün hökumət üzvlərini istefaya göndərib.
“Prezident “Qırğız Respublikasının Nazirlər Kabinetinin istefası haqqında” fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabinetinin bütün tərkibi istefaya gedib”, - məlumatda qeyd olunub.
Bununla bərabər, Japarov Baş nazirin keçmiş köməkçisi, sabiq maliyyə naziri Akılbek Caparovu yeni qurulacaq hökumətin başına gətirib.
Prezidentin təqdim etdiyi yeni kabinetdə xarici işlər naziri Ruslan Kazakbayevin, Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçibek Tasiyevin və səhiyyə naziri Alımkadır Beyşenəliyevin vəzifələrini qoruduqları bildirilib.
20201-ci ilinaAprelin 11-də Qırğızıstanın əsas qanununa – konstitusiyaya dəyişikliklərlə bağlı ümumxalq səsverməsi keçirilib. Referenduma Qırğızıstanın prezident idarəçiliyinə keçirilməsi və deputatların sayının 120-dən 90-a endirilməsi məsələləri çıxarılıb. Referendum xalq tərəfindən qəbul edilib.