Rusiya Federasiyaının prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyinin (MDB) 30 illiyinə həsr olunmuş iclasda çıxış edərəkən, Qarabağ problemindən də danışıb.
Putin deyib ki, o təəssüf edir ki, anlaşılmazlıqlar, çəkişmələr var: "Dağlıq Qarabağda olduğu kimi, MDB ölkələri arasında da hərbi gərginliyin olması həqiqətən çox məyus edicidir", - deyə o, əlavə edib.
Putin bildirib ki, Rusiya sülhməramlıları Dağlıq Qarabağda atəşkəsin qarantıdır.
Onun sözlərinə görə, həm Rusiyanın həm də başqa qurumların humanitar yardımları Qarabağa çatdırılır, minalar təmizlənir, Azərbaycan və Ermənistanın səhiyyə sistemləri yenilənir, tibbi dəstək göstərilir.
"Təxminən 52 minə yaxın qaçqın Dağlıq Qarabağa qaytarılıb", - deyə Vladimir Putin çıxışını tamamlayıb.