Braziliya prezidenti Jair Bolsonaron BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün ABŞ-da olduğu zaman peyvənd olunmadığı üçün restorana buraxılmamışdı.
Brazilya mətbuatının yaydığı məlumata görə, prezident bu dəfə də fotbol oyununu izləməyə buraxılmayıb.
Məlumata görə, o, təlil üçün Amerikanın Sau Paulu Ştatına səfər edib. Səfər zamanı Santos-Gremio oyununu izləmək üçün meydana gedın prezident peyvənd sertfikatı olmadığına görə stadiona buraxılmayıb.
Santos azarkeşi olan prezident özü də məsələyə münasibət bildirib: "Niyə peyvənd, niyə peyvənd sertfikatı? Santosun oyunun izləmək istəyirdim, buraxmadılar ki, peyvənd olunmaq lazımdır. Niyə peyvənd olunmalıyam? Peyvənd olunanlardan daha çox antitelim var", - deyə prezident bildirib.
Brazilyanın da bəzi şəhərlərində fotbol oyunu izləmək istəyənlərdən peyvənd vəsiqəsi tələb olunur.
Koronavirus (Covid-19) epidemiyası səbəbindən 600 min şəxsin həyatını itirdiyi Cənubi Amerika ölkəsi Brazilya ölümlərə görə ABŞ-ın ardından ikinci sırada gəlir.