7 Oktyabr 2021
Mətni dəyiş
NATO "Rusiyanın pis niyyətli hərəkətləri"ni əsas gətirərək Brüsseldəki alyansdan bu ölkənin daimi nümayəndəliyinin 8 diplomatını çıxarmaq və iki vəzifəni ləğv etmək haqda qərar qəbul edib. Bu barədə Sky News məlumat verib. Nəticədə missiya üzvlərinin sayı 20 nəfərdən 10-a qədər azaldılacaq.
NATO-nun rəsmi nümayəndəsi Rusiya missiyasının 8 üzvünün akreditasiyasının ləğvi barədə xəbəri təsdiqləyib. Onun sözlərinə görə, bu şəxslər Rusiya kəşfiyyatının zabitləri olublar. Diplomatlar oktyabrın sonunadək Brüsseli tərk etməlidirlər.
“NATO-nun Rusiyaya münasibətdə siyasəti ardıcıl olaraq qalır. Biz Rusiyanın aqressiv hərəkətlərinə cavab olaraq təmkin və müdafiəni gücləndirmişik və eyni zamanda konstruktiv dialoqa da açığıq”, deyə NATO nümayəndəsi bildirib.
[embed]https://twitter.com/SkyNews/status/1445758510038323208?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1445758510038323208%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.currenttime.tv%2Fa%2Frussia-nato%2F31496144.html[/embed]
Rusiya Federasiyasının VII çağırış Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutskin “İnterfaks”-a müsahibəsində söyləyib ki, Rusiyanın NATO-dakı missiyasının azaldılmasına cavab olaraq Moskvada simmetrik olmayan adekvat tədbirlər təklif ediləcək.
Onun sözlərinə görə, guya “pis niyyətli hərəkətlər” haqda bütün ittihamlar əsassızdır və onlar “heç bir sübut” görməyəcəklər.