4 Oktyabr 2021
Mətni dəyiş
London Polis İdarəsində işləyən bir polis təcavüzdə ittiham edilib. 46 yaşlı David Karrik bu yaxınlarda məhkəmə qarşısına çıxacaq.
Hazırda həbsdə olan Karrik məhkəməyə video-konfrans vasitəsilə qoşulacaq.
Karrikin deputatları və diplomatları qoruyan təşkilatda işlədiyi açıqlanıb.
London Polis İdarəsindən verilən açıqlamada Karrikin 2020-ci il sentyabrın 4-də məzuniyyətdə olarkən Sent Albansda bir qadını zorlamaqda ittiham edildiyi bildirilib.
Polis idarəsinin müdiri Deym Kressida Dik ittihamın onu çox narahat etdiyini əlavə edib.
İşdən uzaqlaşdırılan Karrik haqqında istintaq başladılıb.
Xatırlatma
Bu ilin mart ayında Böyük Britaniyada Sara Everardın vəhşicəsinə qətli ilə bağlı məhkəmədə onu zorla qaçırıb öldürən polis məmuru Veyn Kouzens ötən həftə ömürlük həbs cəzasına məhkum edilib.
Veyn Kouzensin gənc qadını saxta ittihamla həbs etməklə hədələyərək ona polis vəsiqəsini göstərdiyi və qandal taxdığı məlum olub.
Kouzens cəzası açıqlanmamışdan əvvəl “Ən ağır cəzaya layiqəm” deyib.
Martın 3-də evinə gəzərək qayıdarkən itkin düşən Sara Everardın cansız bədəninin qalıqları martın 10-da London yaxınlığındakı Kent bölgəsində, meşədən tapılmışdı.