29 Oktyabr 2021
Mətni dəyiş
Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) cümə axşamı açıqladığı hesabatda mətbuat azadlığı üzrə ekspertlərin illərdir dediklərini təsdiqlənib: Jurnalist qatilləri çox vaxt cəzasız qalır.
Jurnalistləri Müdafiə Komitəsi bunu peşə üçün “dəhşətli siqnal” adlandırıb.
Son 10 il ərzində təşkilatın hesablamalarına görə, 278 jurnalist öldürülüb. İşlərin 81 faizində cinayətə görə heç kim mühakimə olunmayıb.
“Bu, jurnalistika üçün dəhşətli siqnaldır, çünki jurnalisti susdurmaq istəyən istənilən hökumət, hər hansı cinayətkar qrup bir sui-qəsdçi tutmaqla bunu cəmi bir neçə min dollara edə bilər”, - deyə, qurumun icraçı direktorunun müavini Robert Mahoni Amerikanın Səsinə bildirib.
Builki indeks də əvvəlki kimi eyni ölkələrin olduğunu göstərir. Jurnalist qatillərinin mühakimə olunma ehtimalının ən az olduğu ölkələr siyahısına Somali, Suriya və İraq başçılıq edir.