İspaniya Baş Naziri Pedro Sançez qadınları “kölələşdirdiyini” söyləyərək ölkədə seks işçiliyinə son veriləcəyini deyib.
Sosialist Partiyanın üç günlük konqresindən sonra dəstəkçilərinə müraciət edən Sançez konqresin öhtəlik götürdüyünü bildirib. “Qadınları kölələşdirən seks işçiliyini ortadan qaldıraraq davam edəcəyik”, deyə o əlavə edib.
[caption id="attachment_110012" align="alignnone" width="1280"]
Pedro Sançez[/caption]
İspaniyada 1995-ci ildən bəri seks işçiliyi cəzadan azad edilib.
Birləşmiş Millət Təşkilatının (BMT) məlumatına görə, 2016-cı ildə ölkədə seks sənayesinin dəyəri 3,7 milyon avro olub.
2009-cu ildə keçirilən sorğu hər üç ispan kişisindən birinin seks üçün pul ödədiyini ortaya çıxarıb.
Bununla belə 2009-cu ildə yayımlanan başqa bir hesabat bu rəqədim 39 faizə qədər çıxa biləcəyini iddia edib və 2011-ci ildə BMT-nin bir araşdırması İspaniyanı Tayland və Puerto Rikodan sonra dünyanın ən böyük üçüncü seks işçiliyi mərkəzi olaraq qeyd edib.
Seks işçiliyi hazırda İspaniyada qanunlarla tənzimlənməyib və ictimai yerlərdə baş vermədiyi təqdirdə heç bir cəza tətbiq edilmir.
Buna baxmayaraq, bir seks işçisi ilə potensial müştəri arasında vasitəçilik etmək qeyri-qanuni sayılır.
Sözügedən sənaye cinayət olmaqdan çıxarıldıqdan bəri böyük partlayış yaşayıb. İspaniyada təxminən 300 min qadının seks işçisi olaraq işlədiyi təxmin edilir.
2019-cu ildə Sançezin partiyası seçki manifestində daha çox qadın seçicini cəlb etmək üçün bir addım olaraq şərh edilən seks işçiliyini ləğv edəcəyinə söz verib.
Açıqlamada seks işçiliyi "yoxsulluğun qadınlara təsirinin ən qəddar yollarından biri və qadınlara qarşı zorakılığın ən pis növlərindən biri" kimi təsvir edilib.
Ancaq seçkilərin üzərindən iki il keçməsinə baxmayaraq, hələ bir qanun layihəsi təqdim edilməyib.
İspaniyanın mövcud sisteminin tərəfdarları bu sektorda çalışan qadınlara fayda verdiyini və həyatı onlar üçün daha təhlükəsiz etdiyini söyləyirlər.
Bununla belə, son illərdə qadınların insan qaçaqçıları tərəfindən seks işçiliyinə zorlanmaq üçün məcburi şəkildə saxlanılmaları ehtimalları da narahatlıq yaradıb. 2017-ci ildə sipan polisi insan qaçaqçılığı ilə mübarizə əməliyyatlarında 13 min qadın təyin edib və onların ən az 80 faizinin öz istəkləri xaricində üçüncü tərəf vasitəsilə istismar edildiklərini bildirib.