İran Azərbaycandakı səfirliyinin binasına “hücuma görə” rəsmi etirazını bildirib.
By barədə Tasnim agentliyi xəbər verir.
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi cümə axşamı gecəsi səfirliyə qarşı aksiyadan sonra dörd nəfərin Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən saxlanıldığını bildirib. Lakin o, məsələnin təfərrüatlarına varmayıb.
Sosial mediada İran səfirliyi qarşısında bu ölkənin bayrağı rənglərində üç aftafanı əks etdirən görüntülər yayılıb. Aksiya iştirakçıları öz addımlarını izah etməyiblər. Lakin rəngli plastik aftafaların Azərbaycana əsasən İrandan idxal olunduğu deyilir.
Bu hadisə iki ölkə arasında əlaqələrin gərginləşdiyi vaxta təsadüf edir.