22 Oktyabr 2021
Mətni dəyiş
Oktyabrın 19-da saxlanılan şiə ilahiyyatçı, "Azərbaycan din xadimləri" Birliyinin üzvü Sərdar Babayevə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.
İstintaq orqanının təqdimatı əsasında Bakının Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu barədə onun vəkili Cavad Cavadov bildirib.
Oktyabrın 19-da Babayevlə birlikdə daha 4 şiə ilahiyyatçı saxlanılıb. Amma hələlik onların aqibəti məlum deyil. İlahiyyatçıların saxlanılması Azərbaycan-İran münasibətlərində gərginlik yaranan vaxta təsadüf edir.
Rəsmi qurumlar bu şəxslərin saxlanılması ilə bağlı hələ şərh verməyib.
Sərdar Babayev bundan öncə 2017-ci il fevralın 22-də Masallı rayonunda saxlanılıb. O, Cinayət Məcəlləsinin 168.1 (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə ittiham olunaraq 3 il azadlıqdan məhrum edilib.