5 Oktyabr 2021
Mətni dəyiş
“Gulagu.net” insan haqları layihəsinin üzvləri xüsusi xidmət orqanlarının həbsxanalarda işgəncə və təcavüz hallarını özündə əks etdirən “gizli video arxivi” Rusiyadan çıxara biliblər.
Bunu “Gulagu.net” saytının qurucusu Vladimir Oseçkin söyləyib.
Hüquq müdafiəçisi baş verənləri “Rusiya xüsusi xidmət orqanlarının ən böyük və səs-küylü uğursuzluğu” adlandırıb. Onun sözlərinə görə, arxiv beş il həbsdə olarkən Saratovdakı Federal Penitensiar Xidmətin kompüterlərinə giriş imkanı olan bir proqramçı tərəfindən təmin edilib.
Müstəqil insan haqları müdafiəçiləri gizli FSB və FSIN agentlərinin öz kuratorlarının göstərişi ilə məhbuslara işgəncə və təcavüz etdiyini sübut edən 40 GB-dan çox nəzarət kameraları görüntüləri, sənədlər və fotoşəkillər əldə ediblər və prosesin özü bu işgəncələri lentə almaq üçün onlara verilən rəsmi kameralarla çəkilir.
Oseçkin arxivin məzmunu haqqında daha sonra geniş məlumat verəcəklərinə söz verib.
“Gulagu.net” layihəsi məhbusların hüquqlarının müdafiəsi və FSIN əməkdaşlarının qanunsuz hərəkətləri haqqında məlumatların toplanması üzrə ixtisaslaşıb. 2021-ci ilin yazında layihə Rusiyadakı fəaliyyətini dayandırdığını və işçilərinin təhlükəsizliyi ilə əlaqədar olaraq xaricə köçdüyünü açıqlayıb. Eyni zamanda araşdırmaların davam edəcəyi qeyd edilib.