21 Oktyabr 2021
Mətni dəyiş
Google şirkəti Youtube blogerlərinə 2019-cu ilin sonlarından bəri davam edən hakerlərin fişinq hücumlarının qarşısının alındığı barədə məlumat verib. Bu haqda xəbər şirkətin bloqunda yer alıb.
Şirkət hücumu adı açıqlanmayan rusdilli bir forumdan işə götürülən adamlarla əlaqələndirib. Hakerlər mümkün əməkdaşlıq haqda içində fişinq keçidləri olan yalan mesajlar göndərərək blogerlərə hücum ediblər. Bu şəxslər “cookie” faylları oğurlamaq üçün zərərli proqramlardan istifadə ediblər. Blogerlərin Youtube saytındakı hesablarına giriş əldə edən hakerlər onların kanallarını satışa çıxarıb, ya da kriptovalyuta saxtakarlığı üçün istifadə ediblər.
Google bildirib ki, Gmail-də 1,6 milyon fişinq məktub bloklanıb və zərərçəkmiş hesablardan 99 faizi bərpa edilib. Şirkət həmçinin Federal Tədqiqatlar Bürosuna müraciət edib.