23 Oktyabr 2021
Mətni dəyiş
Qlazqoda keçirilən beynəlxalq iqlim konfransına bir həftə qalmış dünyanın bir çox ölkələrində ekoloji fəallar “Gələcək üçün cümə günləri” adlı növbəti qlobal aksiyada iştirak ediblər.
Berlində minlərlə gənc nümayişə qatılıb. Onlar növbəti federal hökumətdən planetdə iqlim dəyişikliyi ilə bağlı problemlərin həllinə daha çox diqqət yetirməyi tələb ediblər.
“Biz koalisiyaya göstərmək istəyirik ki, gələcəyimizin təhlükəsizliyi müzakirə olunmur. Seçki kampaniyası zamanı siyasətçilər istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmağı öhdələrinə götürdülər, biz onlardan vədlərinə əməl etmələrini tələb edirik”, - aksiya iştirakçısı deyib.
Koalisiya danışıqlarına hazırlıq zamanı alman siyasətçiləri kömürdən elektrik enerjisi mənbəyi kimi istifadənin 2038-ci ilə qədər deyil, 2030-cu ilə qədər bitirilməsinə nail olmaq qərarına gəliblər.