Ermənistan və Azərbaycanın noyabrın 9-da Moskvada daha iki sənəd imzalayacağı gözlənilir

Ermənistan və Azərbaycanın noyabrın 9-da Moskvada daha iki sənəd imzalayacağı gözlənilir
23 Oktyabr 2021
Mətni dəyiş
Noyabrın 9-da Azərbaycan və Ermənistan Moskvada iki yeni sənəd imzalayacaq. Bu barədə məlumatı Ermənistanın aliqmedia.am saytı diplomatik mənbələrə istinadla yayıb. Bildirilir ki, sənəd Vladimir Putinin vasitəçiliyi və iştirakı ilə İlham Əliyev və Nikol Paşinyan tərəfindən imzalanacaq. Qeyd edilib ki, birinci sənəd SSRİ Müdafiə Nazirliyinin Baş Qərargahının 1920-ci illərinə aid xəritələri əsasında İrəvan və Bakının bir-birinin sərhədlərini və ərazi bütövlüyünü tanıyacağı Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiya və demarkasiyasına aiddir. Baş nazirin müavinləri səviyyəsində son Ermənistan-Rusiya-Azərbaycan görüşü nəticəsində demək olar ki, yekun razılaşmanın əldə edildiyi ikinci sənəd bölgədəki kommunikasiyaların blokdan çıxarılmasına, xüsusilə də Azərbaycanla Naxçıvan arasında yol dəhlizlərinin qurulmasının detallarına işarə edir. Habelə bildirilir ki, 9 noyabr tarixi xüsusi olaraq seçilib. 2020-ci ilin həmin günü Azərbaycan prezidenti  və Ermənistanın baş naziri Rusiya prezidentinin vasitəçiliyi ilə Üçtərəfli Bəyanat imzalayıblar, bununla da hərbi əməliyyatlar dayandırıldı və bir neçə həftə ərzində Ermənistan silahlı qüvvələri geri çəkildi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun