Azərbaycan daha 5 ermənini azad edib - [Yenilənib]

Azərbaycan daha 5 ermənini azad edib - [Yenilənib]
20 Oktyabr 2021
Mətni dəyiş
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin "Erebuni" aeroportuna enən, içində beş əsir olan Rusiya təyyarəsini qarşılayıb. Bu haqda AzadlıqRadiosunun erməni xidməti (Azatutyun) səfirliyin Facebook-dakı səhifəsinə istinadla yazır. "Azatutyun" artıq Azərbaycanda qaytarılan əsirlərin sayının 114-ə çatdığını, onların içində həm hərbçilər, həm də mülki şəxslər olduğunu bildirir. ***** Çərşənbə axşamı Ermənistan KİV Azərbaycanın daha beş erməni məhbusunu azadlığa buraxdığını yazıb. Bildirilib ki, onları Qarabağdakı rus sülhməramlılarının keçmiş komandanı, general Rüstəm Muradov Bakıdan alaraq təyyarə ilə İrəvana çatdırıb. Məlumata görə, söhbət Azərbaycan ordusu və əhalisinə qarşı ağır cinayətlərdə əli olmayan sıravi erməni əsgərlərindən gedir. Onlardan bəziləri 27 may 2021-ci ildə Azərbaycan ərazisinə daxil olmağa cəhd edərkən Kəlbəcərdə saxlanılan diversiya qrupunun üzvləridir. Azərbaycanlı Əsir və Girovlara bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov Trend-ə açıqlamasında bildirib ki, Azərbaycan sərhədlərini qanunsuz pozaraq Xocavənd rayonuna keçən və Hadrut qəsəbəsi istiqamətində saxlanılaraq həbs edilən Ermənistan vətəndaşları Mels Ambardanyan, Rafik Karapetyan, Jora Manukyan, Ovsep Manukyan və Sedrak Sogomonyan Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verilib. Ermənistan KİV iddia edir ki, Azərbaycan tərəfi əsirləri mina xəritələri mübadiləsi nəticəsində azad edib. https://www.youtube.com/watch?v=kIMTAQLMqCc&t=12s

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun