20 Oktyabr 2021
Mətni dəyiş
Suriyanın paytaxtı Dəməşqdə bu gün səhər saatlarında hərbçiləri daşıyan avtobus partlayıb.
İlkin məlumatlara görə, terrorçular hərbi nəqliyyat şirkətinə məxsus bir avtobus Dəməşqin mərkəzindəki Prezident körpüsü (Rais körpüsü) yaxınlığında yerləşən Barada çayı sahili boyunca hərəkət edərkən iki partlayıcı qurğunu işə salıblar.
14 suriyalı hərbçinin həlak olduğu deyilir. Daha üç nəfər yaralanıb. Rəsmilər mülki şəxslər arasında hər hansı itki barədə məlumat verməyib.
Bundan başqa, mühəndis istehkamçıları zərərsizləşdirdikləri üçüncü bir cihaz da tapılıb.
Bu, rəsmi hakimiyyətin nəzarətində olan Dəməşqdə son bir neçə ildə çox sayda qurbanı olan ilk böyük terror aktıdır.
Hələ ki heç bir terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.