1 Oktyabr 2021
Mətni dəyiş
Çexiya baş naziri Andre Babis və macarıstanlı həmkarı Viktor Orbanı tənqid edən çex və digər xarici jurnalistlər iki liderin ötən gün keçirilən ortaq mətbuat konfransına buraxılmayıblar.
“Die Zeit”, “Le Monde”, ARD ilə “Seznam Zpravy” və “Investigace.cz” üçün yazan çex jurnalistlərin tədbirə girişinə icazə verilməyib. Beynəlxalq media quruluşları baş verən hadisəni qınayıblar.
“Bu, həm Orban, həm də Babis və Vişeqrad bölgəsi hökumətləri tərəfindən tənqidi medianı zərərsizləşdirərək siyasətçiləri və ictimai fiqurları çətin suallardan qorumaq üçün artıq tez-tez baş vurulan üsuldur”, deyə Beynəlxalq Mətbuat İnstitutunun köməkçisi Skot Qriffen bildirib.
Çexiya hökumətinin sözçüsü isə sözügedən media nümayəndələrinin məkanın tutumunun məhdud olması səbəbindən konfransa buraxılmadıqlarını iddia edib. Tədbirə qatılan müxbirlər mətbuat konfransının keçirildiyi salonda kifayət qədər yer olduğunu söyləyiblər. Beynəlxalq Mətbuat İnstitutu maneə ilə üzləşən jurnalistlərin akreditasiya üçün daha əvvəldən müraciət etdiklərini vurğulayıb.
“Macarıstandakı müstəqil və tənqidi jurnalistlərin illərdir açıqlama verilmədən ictimaiyyətə açıq bilgiləri əldə etmək hüquqları və rəsmi tədbirlər üçün akreditasiyaları rədd edilir. Bənzər hadisələr sonra zamanlar Çexiyada da artmaqdadır”, Qriffen son yeniliklərə diqqət çəkib.
“Həm baş nazirləri, həm də hökumətlərini jurnalistlərin xəbərə ədalətli və bərabər çıxışını təmin etməyə, onların işlərinə öz keflərinə görə maneələr yaratmamağa və mətbuat azadlığına hörmət etməyə çağırırıq”, Beynəlxalq Mətbuat İnstitutunun müdir müavini deyib.