Belçika Konstitusiya Məhkəməsi cinayət qanununda 1847-ci ildən bu günə qədər tətbiq olunan “Kralı təhqir edənlərin cəzalandırılması” bəndinin ifadə azadlığına zidd olması ilə bağlı qərar çıxarıb.
Məhkəmə hesab edib ki, ölkəyə heç bir formada xidmət etməyən bu qanun kralı digər insanlara nisbətən daha çox qoruyur və konstitusiyaya ziddir.
Məhkəmə qərarında qeyd olunub ki, bu qanun ifadə azadlığının pozuntusudur və bundan sonra istənilən şəxs və mətbuat orqanı açıq şəkildə krala yönəlik fikirlərini ifadə edə bilər və buna görə məsuliyyət olmayacaq.
Bu qərara kimi Beklçika kralını təhqir edən şəxslər 6 aydan 3 ilə qədər həbs oluna bilərdi.
Belçika Krallığı məhkəmənin bu qərarını şərh etməyib. Ancaq bölünmə riski yaşayan Belçikanı tək çətir altında saxlaya bilən Krallığın bundan sonra necə bir mövqe sərgiləyəcəyi maraq doğurur.
Ölkənin Flamand qanadında son illərdə “Krala ehtiyac yoxdur” fikirlərini dəstəkləyən siyasi partiyaların səslərinin çoxalması ölkənin gələcəyi ilə bağlı sualları daha da artırır.