“AZƏRSU” ASC və “Nort Vest Konstrakşn” MMC maliyyə dəyəri 7597997.78 AZN (7 milyon 597 min 997 manat) olan satınalma müqaviləsi imzalayıb.
Abzas Media xəbər verir ki, müqavilədə Qax şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Nort Vest Konstrakşn” MMC 14 dekabr 2007-ci ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 100000 AZN 100 min manat) təşkil edir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi sənədlərinə görə, “Nort Vest Konstrakşn” MMC-nin 255955.27 AZN (255 min 955 manat) vergi borcu var.
Bu qədər böyük maliyyə dəyəri olan tenderde 255 min 955 manat vergi borcu olan şirkət necə qalib gəlib, sual altındadır.