Avstriya hökuməti havaya buraxılan çirkli tullantıların qarşısını almaq üçün ölkənin vergi sistemində dəyişikliklərə gedir.
Yeni qanunla Avstriya 2022-ci ilin ikinci yarısından etibarən karbon qazı vergisinin tətbiqinə başlayacaq. Hökumət düşünür ki, qanun tətbiq edilməyə başladığı 2022-ci ildən 2025-ci ilə qədər ümumilikdə 5 milyard avro (8 milyard 500 milyon manat) qazanacaq.
O da bildirilib, havaya buraxılan karbon qazının azaldılmasına nail olan şirkətlərə əlavə "İqlim bonusu" imkanları yaradılacaq.
Qanuna görə gələn ildən etibarən havaya buraxılan qazın hər tonuna CO2 görə, 30 avro (59 manat) ödənməli olacaq. Bu rəqəm 2025-ci ildən etibarən 55 avro (108) manat olacaq.
Hökumət bu paketlə insanları iqlimlə dost olmağa təşviq etməyə çalışır.