Avropa Parlamenti "Pandora sənədləri" ilə bağlı qətnamə qəbul edib. Sənədə əsasən, korrupsiyada adı keçənlərlə bağlı araşdırma aparılması qərara alınıb. Qətnamədə Azərbaycan Prezidenti İlham Əliyevin də adı var.
Qətnamənin ümumi mülahizələrində qeyd edilir ki, Avropa Parlamenti Aİ-nin yüksək vəzifəli şəxsləri də daxil olmaqla, bir sıra siyasətçilərin adının “Pandora Sənədləri”ndə yer almasından təəssüflənir və müvafiq üzv dövlətlərin səlahiyyətli orqanlarını hər hansı pozuntuları müvafiq qaydada araşdırmağa çağırır.
Avropa Parlamenti xüsusilə, Avropa Şurasının üzvü olan Çexiyanın Baş naziri Andre Babis və Kipr Prezidenti Nikos Anastasiadis kimi siyasətçilərin, Hollandiyanın maliyyə naziri Vopka Hekstra, bundan başqa Azərbaycan Prezidenti İlham Əliyev, Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer, Monteneqro Prezidenti Milo Cukanoviç, Malta keçmiş naziri və Aİ -nin sabiq komissarı Con Dallinin adlarının “Pandora Sənədləri”ndə qeyd edilən ofşor əməliyyatlarla əlaqələri məlumatlarda hallanmasından təəssüfləndiyini vurğulayıb.