29 Oktyabr 2021
Mətni dəyiş
Bakı Apellyasiya Məhkəməsi Müsavat Partiyasının fəalı Rövşən Hüseynovu həbsdə saxlayıb. Bu barədə onun vəkili Nemət Kərimli bildirib.
Rövşən Hüseynov oktyabrın 13-də küçədə saxlanılıb və Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsinə aparılıb. Elə həmin gün Suraxanı rayon məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə tabe olmama) maddəsi ilə təqsirli bilərək, 25 gün müddətinə həbs edib.
Müsavat Partiyası Hüseynovun həbsini partiyanın yaradılmasının 110 illiyi ilə əlaqədar oktyabrın 11-də fəalların Novxanıda Məmməd Əmin Rəsulzadənin abidəsinə doğru yürüşü ilə əlaqələndirir.
Polis Müsavat üzvlərinə maneə yaradıb, Hüseynov hüquq mühafizəçilərinin əməllərinə kəskin şəkildə etiraz edib.