25 Oktyabr 2021
Mətni dəyiş
Almaniya məhkəməsi İraqda 10 yaşlı yezidi qız uşağının susuzluqdan ölməsinə göz yummaqda ittiham edilən sabiq İŞİD üzvü alman qadına 10 il həbs cəzası verib.
Prokurorluq isə yezidi azlığa qarşı müharibə cinayəti törətməkdə günahlandırılan 30 yaşlı Cennifer Veniç haqda ömürlük həbs cəzası istəmişdi.
İŞİD terror təşkilatı 2014-cü ilin avqustunda yezidilərin üstünlük təşkil etdiyi Sincar bölgəsinə hücum edib, minlərlə insanı qətlə yetirib, əsir aldığı qadın və qız uşaqlarını qul bazarlarında satıb, yetişkin kişiləri isə güllələyib.
Belçika parlamenti ötən iyul atında İŞİD-in yezidilərə qarşı 2014-cü ildəki qətliamını soyqırım elan edib.