Amerika tarixində ilk dəfə cinsiyyət yerinə "X" yazılan vəsiqələr verilib.
Bu hadisə kişi və qadın cinsinə aid olmadığını ifadə edən şəxslərin hüquqları baxımından bir dönüş nöqtəsi əhəmiyyəti daşıyır. Bu barədə ABŞ hökumətinin LGBT+ hüquqlarından məhsul təmsilçisi Cesika Stern məlumat verib. O bildirib ki, hökumətin sənədləri reallıqdakı vəziyyətlə uyğunlaşdırılıb.İnsanların iki cinsdən ibarət olmadığını bildirən Cesika deyib ki, bu qərar seçimlərə hörmətlə yanaşıldığını göstərir.
Yeni tətbiqdə ABŞ vəsiqələrinin cinsiyyət bölməsində qadınlar üçün ingiliscə 'Female' sözünün ilk hərifi "F", kişilər üçün 'Male' sözünün ilk hərfi "M" yazılacaq. Özünü kişi və qadın cinsinə aid etməyən şəxslərin seçimlərinə görə isə "X" yazılacaq.
ABŞ hökuməti ilk vəsiqənin kimə verildiyini açıqlamasa da, ehtimal olunur ki, ilk pasport Kolorado ştatından olan Dana Zzyym adlı vətəndaşa verilib. Dana Zzyym uzun müddət idi ki, vəsiqədə cinsini "kişi" və ya "qadın" kimi göstərmək istəmədiyinə görə vəsiqədən imtina edib, "X" seçiminin də əlavə olunması üçün məhkəməyə müraciət etmişdi.