Ukrayna ölkə sularına Rusiya bayrağı altında gələn gəmilərin girişini qadağan edib

Ukrayna ölkə sularına Rusiya bayrağı altında gələn gəmilərin girişini qadağan edib
1 Yanvar 2021
Mətni dəyiş

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya bayrağı daşıyan gəmilərin ölkənin daxili sularından keçməsini qadağan edən "Daxili çay nəqliyyatı haqqında" qanun layihəsini imzalayıb.

Ukrayna daxilində su nəqliyyatı sahəsindəki əlaqələri tənzimləyən qanun layihəsinin həm də Avropa Birliyi ilə Assosiasiya Sazişi çərçivəsində direktiv və qaydaların əsas tələblərini də həyata keçirdiyi bildirilib.

Ukrayna parlamentinin Ali Radası tərəfindən 3 dekabrda təsdiqlənən qanun layihəsinin mətnində işğalçı ölkənin bayraqları altında hərəkət edən gəmilərin, işğalçı ölkənin vətəndaşlarına və ya Ukraynanın sanksiyalar haqqında qanununa uyğun olaraq özəl iqtisadi və digər sanksiyalara əlavə edilən şəxs və şirkətlərə aid gəmilərin Uktaynanın daxili sularında hərəkət etməsinin qadağan olunduğu yazılıb

Ukraynadakı çay yolları ölkənin ən böyük çaylarından, Dunay, Dnepr və Dnestrdən ibarətdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun