Səudiyyə Ərəbistanı ilə Qətər arasında sərhədlərin açılması üçün razılıq əldə edilib

Səudiyyə Ərəbistanı ilə Qətər arasında sərhədlərin açılması üçün razılıq əldə edilib
5 Yanvar 2021
Mətni dəyiş

Küveyt Xarici İşlər Naziri Əhməd Nasser Məhəmməd es-Sabah bu gecədən etibarən Səudiyyə Ərəbistanı ilə Qətər arasında quru, dəniz və hava sərhədlərinin açılması üçün razılaşma əldə edildiyini bildirib.

Xarici İşlər Naziri Sabah televiziyasına çıxışında Küveyt əmiri Şeyx Nevvaf əl-Əhməd əl-Cabir əs-Sabahın Qətər Əmiri Şeyx Tamim bin Hamed Al Sani və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə telefon danışıqları apardığını deyib.

"Bu axşamdan etibarən Səudiyyə Ərəbistanı ilə Qətər arasında quru, dəniz və hava sərhədlərinin açılması ilə bağlı razılıq əldə edilib", - deyə küveytli nazir bildirib.

Körfəz böhranı

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir 5 iyun 2017-ci il tarixində "Terror qruplarını dəstəkləmək" ittihamı ilə Qətərlə bütün diplomatik münasibətlərini kəsmişdilər və bu ölkəyə iqtisadi embarqo qoymuşdular.

Qətər bütün ittihamlarını rədd etsə də, bu vəziyyət Körfəz bölgəsində böhrana səbəb olmuşdu.

Küveyt böhranın əvvəlindən bəri tərəflər arasında vasitəçilik səyləri göstərib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun