Rusiya Müdafiə Nazirliyi: "ABŞ hərbi gəmisi Qara dənizə daxil olub"

Rusiya Müdafiə Nazirliyi: "ABŞ hərbi gəmisi Qara dənizə daxil olub"
29 Yanvar 2021
Mətni dəyiş

Rusiya Müdafiə Nazirliyi ABŞ-a məxsus USS Porter idarəolunan raket daşıyan gəminin Qara dənizə girdiyini bildirib.

Rusiya Müdafiə Nazirliyinə bağlı Milli Müdafiə İdarəetmə Mərkəzinin verdiyi açıqlamaya görə, Qara dəniz donanması 28 yanvar saat 19:00-da Qara dənizə girən ABŞ Dəniz Qüvvələrinə məxsus USS Porter idarəolunan raket daşıyan gəmini izləməyə başlayıb.

Bundan əvvəl isə ABŞ-ın Ukraynadakı səfirliyi USS Porter idarəolunan raket daşıyan gəminin dəniz təhlükəsizliyi təlimlərinə qatılacağını açıqlayıb. Bəyanatda ABŞ hərbi gəmilərinin Amerikanın NATO müttəfiqlərini və partnyorlarını dəstəkləmək üçün Qara dənizdə mütəmadi olaraq fəaliyyət göstərdikləri qeyd edilib.

Keçən şənbə ABŞ-ın USS Donald Cook gəmisi də Qara dənizə girib.

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov NATO-nun Rusiya sərhədlərinə daha çox texnika və əsgər yerləşdirməsi üçün bəhanə axtardığını, eyni zamanda Rusiyanın heç bir ölkəyə hücum planının olmadığını hər kəsin çox yaxşı bildiyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun