Rusiya Mİ-24 vertolyotunu vuran azərbaycanlılara daha ağır maddə ilə cinayət işi başladıb

Rusiya Mİ-24 vertolyotunu vuran azərbaycanlılara daha ağır maddə ilə cinayət işi başladıb
4 Yanvar 2021
Mətni dəyiş
Rus hərbi müstəntiqləri noyabrın 9-da Azərbaycan Ermənistan sərhəddində vurulmuş Mİ-24 təyyarəsi ilə bağlı xüsusi ağır maddəylə cinayət işi qaldırıb. Bu haqda yanvarın 4-də "İnterfaks" agentliyi məlumat yayıb. Əvvəlcə cinayət işi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 351-ci maddəsi ilə ("Uçuş qaydalarının pozulması yaxud onlara hazırlaşma, ehtiyatsızlıqdan ölümə səbəb olma") başladılmışdısa sonra maddə dəyişdirilərək qəsdən iki və daha çox adamı öldürmə maddəsi ilə əvəz olunmuşdu. Əgər ilk maddəyə görə yeddi ilə qədər həbs nəzərdə tutulurdusa, ikinci maddə ilə ömürlük həbs cəzası nəzərdə tutulur. "İnterfaks" agentliyinə danışan rus hərbi prokurorluğunun adını açıqlamayan nümayəndəsi deyib ki, "bu cinayət işinin öz çətinlkləri var, çünki təqsirləndirilən tərəf başqa ölkədədədir". Qırıcı vertolyor Mİ-24 2020-ci il noyabrın 9-unda Ermənistanın hava sahəsində, Naxçıvanla Muxtar Respublikası ilə sərhəddə vurulub. Nəticədə iki rus hərbi qulluqçusu öldürülüb, daha biri isə yaralanıb. Vertolyot 102-ci hərbi bazaya gedən avtomobil karvanını müşayət edirmiş. Rəsmi Bakı Mİ-24 vertolyotunu təsadüfən azərbaycan hərbçiləri tərəfindən vurulduğunu və dəyən ziyana görə kompensasiya ödəməyə hazır olduğunu elan edib. Vertolyotun vurulması Dağlıq Qarabağda hərbi əməliyyatların getməsi fonunda baş verib. Mİ-24 vertolyotunun vurulmasından bir neçə saat sonra Rusiya, Azərbaycan və Ermənistan Qarabağda müharibənin dayandırılması ilə bağlı birgə razılaşma imzalayıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun