Türkiyə mətbuatı: "Rusiya Dağlıq Qarabağda razılaşmanı necə pozdu"

Türkiyə mətbuatı: "Rusiya Dağlıq Qarabağda razılaşmanı necə pozdu"
2 Yanvar 2021
Mətni dəyiş

Türkiyənin "Yeni Şafak" qəzeti Dağlıq Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsindən sonra rusların imzalanmış razılaşmanı necə pozması haqda məqalə dərc edib. 'Abzas' həmin məqaləni təqdim edir.

Azərbaycanla Ermənistanın imzaladığı razılaşma əsasında "Sülhməramlı qüvvə" olaraq Qarabağa gələn Rusiya hərbçiləri öz təyinatını dəyişib işğal gücünə çevrilməkdədir.

Razılaşmaya görə Dağlıq Qarabağdakı təmas xətti və Laçın koridorundakı rus sülhməramlılarının sayı 1960 nəfər olmalıydı, ancaq hərbçi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, məmur, mühəndis, həkim, tibb bacısı və inşaat işçisi adı altında Azərbaycana göndərilən rusların sayı 5 mini keçib.

Həmçinin, Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir ki, hər birində 300 əsgərin qalacağı 32 modul tipli kazarmanın tikiləcəyi də deyilir. Bu əsgərlərin sayının 10 minə çatdırılacağı anlamına gəlir.

Tam təhcizatlı fəaliyyət

Rus sülhməramlılarına bağlı hərbçilərin Qarabağın dağlıq bölgələrində tam təhcizatlı fəaliyyət göstərməsi də insanların fikrini qarışdırır. Onların həm erməni qüvvələriylə, həm də qondarma Dağlıq Qarabağın rəhbərləri ilə görüşməsi və burada səmimi formada şəkillər çəkdirməsi Azərbaycan ictimaiyyətində böyük narahatlıq oydıb.

Bölgədə rus hərbçiləri olduğu halda ermənilərin hələ də dağlıq bölgələrdə aktiv fəaliyyət göstərərək azərbaycan qüvvələrinə cürbəcür hücumlar gerçəkləşdirməsi də sual yaradır.

Daha çox adam göndərdilər

Beynəlxalq Avrasiya Media Təşkilatının rəhbəri özü də qarabağlı olan Ümüd Mirzəyev deyir ki, imzalanan razılaşmaya görə rus sülhməramlıları 1960 əsgərdən ibarət olmalıydı, indi isə onların sayının 5-10 min də yox, daha çox olduğuna inanıram.

"Ruslar nəzarət fəaliyyəti çərçivəsində ərazilərdəki ermənilərdən qalan silahlı qüvvələri tamamilə çıxarmalıydı. Lakin Rusiya rəhbərliyi Ermənistan qüvvələrinə çox yaxşı davranır. qondarma Dağlıq Qarabağ bayrağı altında müxtəlif fotolar çəkdirir. Bunlar ürəkaçan hadisələr deyil. Azərbaycan ordusu Türkiyənin rəhbərliyi altında bölgədə türk əsgərlərinin çox olmasına çalışmalıdır. Bu məsələ ilə bağlı qərarlar verilməlidir".

[caption id="attachment_94803" align="aligncenter" width="620"] Rus sülhməramlılarının rəhbəri Rüstəm Muradov və Qarabağ separatçılarının rəhbəri Arayik Harutunyan görüşür.[/caption]

Bəzi şeylər gözlənilən kimi olmadı

Rusiya sülhməramlılarının Xankəndinə gəlişini xatırlayan Bayburt Universitetinin müəllimi Dr. Ramin Sadıqov deyir ki, burda sülhməramlılar üçün "xoş gəldiniz" mərasimi keçirildi, tort kəsildi, amma tortun üstündə iki bayraq var idi: "Seperatçıların bayraqlarıyla çəkilən bu fotolar cəmiyyətdə xoş qarşılanmır".

Razılaşmalarda rusların seperatçı qüvvələri də tərəf kimi görməsini yanlış hesab edən Sadiqov deyir ki, rəsmi olaraq bildirməsələr də hərəkətləri rusların tərəf olduğunu göstərir.

"Ruslar qondarma dövlətin fövqəladə hallar nazirliyinin əməkdaşları, dövlət məmurları ilə görüşürlər. Bu razılaşmaya zidd davranışlardır. Orada iki tərəf var, o da Azərbaycan və Ermənistandır".

32 modul tipli kazarmaya 10 min əsgər daha gətiriləcək

Rus ekspert Maksim Şevçenkonun yaxın günlərdə verdiyi bir müsahibəyə diqqət çəkən Bayburt Universitetinin müəllimi Ramin Sadıqov deyir ki, rus ekspert bölgədə 32 modul tipli kazarmanın tikiləcəyini açıqladı.

"32 kazarmanın hər birində 300 nəfərin qalacağını nəzərə alsaq, bu minvalla Qarabağa gələcək rus əsgərlərinin sayının 10 minlərə çatacağı gözlənilir".

Haqqında bəhs olunan kazarmaların ikisinin artıq tikildiyini deyən Sadıqov yerdə qalan binaların nə zaman tikiləcəyini bilmədiyini deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun