Qarabağda daha 19 erməni hərbçi və 1 vətəndaşın qalıqları tapılıb

Qarabağda daha 19 erməni hərbçi və 1 vətəndaşın qalıqları tapılıb
4 Yanvar 2021
Mətni dəyiş
Qarabağda son müharibədən sonra döyüş bölgəsində daha 19 erməni hərbi qulluqçu və bir sivil vətəndaşın qalıqları tapılıb. Bu haqda tanınmamış Dağlıq Qarabağ Respublikasının Fövqəladə Hallar nazirliyinin əməkdaşlı Unan Tadevosyan mətbuata məlumat verib. Onun sözlərinə görə axtarış işləri yanvarın 3-də Hadrut və Cəbrayılda aparılıb. Sivil vətəndaşın qalıqları Hadrut qəsəbəsinin ətrafında Karmrakut kəndindən tapılıb. Digər 19 hərbçinin qalıqları isə Cəbrayıl və Hadrut ətrafındakı erməni hərbi mövqelərindən tapılıb. Tadevostanın sözlərinə görə müharibənin bitdiyi 2020-ci ilin 13 noyabrından bu ilin 2 yanvarına qədər ümumilikdə 1175 erməni hərbçi və sivil vətəndaşın qalıqları aşkarlanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun