Putinin mətbuat katibi Dimitri Peskov: "Putin məni elə tənqid edir ki, bütün həyat eşqim ölür"

Putinin mətbuat katibi Dimitri Peskov: "Putin məni elə tənqid edir ki, bütün həyat eşqim ölür"
6 Yanvar 2021
Mətni dəyiş

Kremlin sözçüsü Dimitri Peskov Rusiya prezidenti Vladimir Putinin "adamın həyat eşqini öldürən" sərt tənqidlərinə tuş gəldiyini desə də, şükür edir ki, bu tez-tez olmur.

Peskov açıqlama verdiyi bir Yutub kanalında Putinin onu tənqid etdiyi anlardan danışıb.

Peskov bunun tez-tez olmadığını, ancaq sonradan düzəlişə ehtiyac duyulan məqamların olduğunu deyir: "Amma bəzən prezidentin elə tənqidləri ilə qarşılaşıram, həyat eşqim məhv olur", - deyə o, vurğulayıb.

Putinin tənqidlərinin sərt olduğunu deyən sözçü əlavə edib ki, tənqidlərin sərt olmasına baxmayaraq, onun da özünü müdafiə etmək, niyə belə etdiyini izah etmək imkanı olur. Putin qəbul etməsə də, dinləyir.

Putinlə ünsiyyətinin dialoq formasında oluduğunu deyən Peskov bildirib ki, təbii ki, bu da böyük səhv olmayanda dialoq olur. Amma bəzən elə kiçik səhvlər olur ki, bu səhvlər prezidentin iş prinsipləri çərçivəsində böyüyür və çox ciddi səhv olur. Kreml sözçüsü deyir ki, vəzifəsi ölkədə baş verənlər haqqında fərqli mənbələrdən məlumat toplamaq və təhlil etməkdir: "Nazirliklərdən və fərqli dövlət qurumlarından alınan məlumatlar ictimaiyyət, media, multimedia və sosial mediayla müqayisə edilir və beləliklə işin əsl üzün müəyyən etmək olur", - deyə o, vurğulayıb.

Peskovun sözlərinə görə, onun ofisinin işi hər şeyi prezidentə çatdırmaqdır. Artıq qərarı prezident özü verir: "Prezidentin üstünlüyü müxtəlif mənbələrdən məlumat ala bilməsi və yaxşı ölçülmüş qərarlar qəbul etmək imkanına sahib olmasıdır. Həqiqətən, fərqli mənbələrin eyni hadisə ilə bağlı fərqli məlumatlar verməsi vəziyyətləri olur. Bu vəziyyətdə prezident özü nəyin doğru olduğuna qərar verir", - deye sözçü bildirib.

Həmişə düşündüklərini dilə gətirmək üçün lüksünün olmadığını qeyd edən Peskov əlavə edib ki, mən siyasətçi olmadığım üçün öz münasibətimi bildirə bilmərəm. Heç kim məni seçməyib, mən bu vəzifəyə təyin olunmuşam. Hər məmur kimi sabah vəzifədən azad edilə də bilərəm. Ona görə ancaq öz işimi görürəm.

Putin iş həyatında yalnız beş dəqiqə normal həyat sürə bilər

Peskov prezident Putinin iş həyatından kənarda şəxsi həyatına ayırmağa çox az vaxtının olduğunu bildirib: "Bunu təkcə işlərini həyatının mərkəzinə qoyan adamlar edə bilər", - deyə o, qeyd edib. Peskov Putininin prezident proqramından daha çox işlədiyini və gün ərzində şəxsi həyatına yalnız beş dəqiqə vaxt ayıra bildiyini deyib.

Peskov deyir ki, öncədən təyin edilmiş istirahət günü yoxdur. Əgər siyasi böhran vəziyyəti olmasa və xarici səfərlər nəzərdə tutulmasa, bazar günü istirahət etmək olar.

Putin yaxşı insandır

Peskov "Putin yaxşı bir insandırmı?" sualına cavab olaraq Putinin həqiqətən yaxşı bir insan olduğunu deyib: "Putinə atılan ittihamlar doğru deyil. Əgər bu ittihamlar doğru olsaydı, Putin işinə davam etməzdi", - deyə Kremlin sözçüsü Dimitri Peskov bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun