Moskvada mitinqə görə metrolar bağlanır, Gelencikdəki ev otel imiş?

Moskvada mitinqə görə metrolar bağlanır, Gelencikdəki ev otel imiş?
30 Yanvar 2021
Mətni dəyiş

Moskva Polisi bazar gününə təyin olunan icazəsiz aksiyalarla əlaqədar şəhərin mərkəzindəki 7 metro stansiyasının 31 yanvarda bağlanacağını açıqlayıb.

Həbsdə olan müxalifət lideri Aleksey Navalnının tərəfdarlarının 31 yanvarda paytaxt Moskvada icazəsiz aksiya keçirəcəyi gözlənilir.

Moskva polisinin yaydığı bəyanata görə, 31 yanvarda Aleksandrovskiy Sad, Ohotniy Ryad, Teatralnaya, Ploşad Revolutsii, Kuznetskiy Most, Lubyanka, Kitay -gorod stansiyaları səhər saat 08:00-dan etibarən bağlı olacaq və polisin özəl əmrinə əsasən açılacaq. Eyni zamanda, bazar günü Moskvanın mərkəzində piyadaların hərəkəti də məhdudlaşdırılacaq.

Bundan əvvəl yanvarın 23 də Rusiya şəhərlərində həbs olunan müxalif lider Aleksey Navalniyə və digər siyasi məhbuslara dəstək mitinqləri təşkil olunub. Mitinqlər Moskva, Sankt-Peterburq, Həştərxan, Çelyabinski, Yekatrenburq, Xabarovski, Omsk, İvanov kimi böyük şəhərlərdə başlayıb. Səhər saatlarından bu şəhərlərdə internetə çıxış və mobil operatorlarda problemlər yaranmağa başlayıb.

Gelencikdəki Putinin olduğu iddia edilən sarayla bağlı yeni məlumat

Aleksey Navalnıın 'Putinin Sarayı' olduğunu iddia etdiyi sarayın hələ tikilməkdə olan otel olduğu bildirilib.

"Rossiya 1" televiziyasına danışan podratçı firmanın nümayəndəsi deyib ki, saray kimi təqdim olunan bina əslində oteldir.

Sözügedən ərazini ziyarət edən "Rossiya 1" kanalının əməkdaşı Aleksandr Rogatkin bildirib ki, binaya otel sahibinin icazəsi ilə daxil olub, ancaq razılığı olmadığına görə kimliyini açıqlaya bilmirəm.

[embed]https://youtu.be/XNJkgENdpTc[/embed]

Jurnalist bildirib ki, otel sahibi yaxın vaxtlarda mətbuat konfransı keçirəcək: "Biz binanın içinə də girdik, müşahidə etdik ki, hər yer sadecə betondur, heç suvaq da vurulmayıb", - deyə o, qeyd edib.

Bundan əvvəl isə rusiyalı müxalifət lideri Aleksey Navalnının qurucusu olduğu Korrupsiyaya Qarşı Mübarizə Fondunun (FBK) iddialarına cavab verən Kremlin Mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin Qara dəniz sahilindəki Gelencik şəhərində hər hansısa bir sarayının olmadığını bir daha təkrarlamışdı.

Peskov demişdi ki, mən insanlara çağrış edirəm ki, ağıl işlətsinlər və imkan verməsinlər ki, kimsə onları axmaq yerinə qoysun.

"Putin orada heç nə etmir, Putinin Gelencikdə sarayı yoxdur. Prezidentimizə qarşı yalan açıqlamalar, saxta ifşalar və belə hücumların hazırlandığından məlumatlı idik. Bunların hamısı ara qarışdırmaq üçündür və həqiqətlə əlaqəsi yoxdur", - deyə Peskov jurnalistin Putinin belə saraya niyə ehtiyac duyduğuna və orada nə etdiyinə dair sualına cavab olaraq bildirmişdi.

Navalnı iddia etmişdi

Rusiyalı müxalifət lideri Aleksey Navalnı tərəfindən Almaniyadan Rusiyaya qayıtmazdan əvvəl hazırlandığı deyilən 'Putin Sarayı' adlı videoda Rusiya liderinin Gelencik şəhərində 100 milyard rubl dəyərində (1,3 milyard dollar) saray tikdirdiyi iddia edilib.

Navalnının Şeremetyevo Hava Limanında tutulmasından iki gün sonra Yutubda yayımlanan videoya bu günə qədər ümumilikdə 100 milyondan çox insan baxıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun