Koçaryan: "Dağlıq Qarabağın bizdə ancaq qırıntıları qalıb"

Koçaryan: "Dağlıq Qarabağın bizdə ancaq qırıntıları qalıb"
29 Yanvar 2021
Mətni dəyiş
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan dünən mətbuat konfransı keçirib və yenidən hakimiyyətə gəlmək niyyətindən bəhs edib. Koçaryanın sözlərinə görə hakimiyyət sevinməlidir ki, müxalifət əvvəldən siyasi mübarizə yolu seçib. "Əgər siyasi prosseslərə ümüd azalsa bütün prosses başqa istiqamətə doğru gedəcək" - deyə Ermənistanın keçmiş prezidenti bildirib. Koçaryan jurnalistlərin suallarına cavab olaraq Dağlıq Qarabağın hal-hazırki vəziyyətindən də danışıb. O deyib ki: "Əgər açığını desək "Dağlıq Qarabağın bizdə ancaq qırıntıları qalıb. Bəs hələ də nəyisə xilas etmək mümkündürmü?. Bəli. Bunu müəyyən alətlər və insanların köməyilə etmək olarmı? Xeyr. "Dağlıq Qarabağ"da dövlət quruluşunu tamamilə dəyişmək lazımdır. Mənə deyirlər ki, onun konstitusiyası buna imkan vermir. Ona qalsa konstitusiyadan onun ərazisi 12,500 kv.km-dir, amma indi 2500 kv.km qalıb. Hansı konstitusyadan danışırıq? Bu sistemi parlament vasitəsilə çox praqmatik şəkildə dəyişmək lazımdır, bu yolla "Dağlıq Qarabağ"ın təhlükəsizliyi ilə məşğul olmaq olar. Bu gün biz Syünik (Zəngəzur) haqda danışırıq, amma "Dağlıq Qarabağ"da hər gün torpaq itiririk, sərhəd yoxdur, bir postdan o biri posta qədər böyük məsafələr var, heç kim bilmir 9 noyabrdan əvvəl kim harda dayanmışdı, azərbycanlılar hara istəyirlər ora da irəliləyirlər, heç kim onları dayandırmır. Belə davam etsə "Dağlıq Qarabağın" heç parçaları da qalmayacaq ki onlardan bir bütövü birləşdirib bu prosseslərə müqavimət göstərək. Bu gün mən bunu görürəm".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun