Baydenin müdafiə komandasında Rusiya və İran ağırlığı

Baydenin müdafiə komandasında Rusiya və İran ağırlığı
6 Yanvar 2021
Mətni dəyiş

Bayden Obamanın dövründə vəzifə tutmuş şəxsləri xüsusi olaraq Rusiya və İranla işləmək üçün milli təhlükəsizlik komandasına cəlb etməyi planlaşdırır.

New York Times qəzetinin xəbərinə görə, ABŞ prezidenti seçilən Co Bayden keçmiş Xarici İşlər naziri Con Kerrinin katibi Con Fineri milli təhlükəsizlik müşaviri, Obamanın dövründə İranla nüvə danışıqlarını aparan Vendy Shermanı isə xarici işlər nazirinin müavini təyin edə bilər.

Şerman bu vəzifəyə təyin olunacağı təqdirdə Tramp administrasiyasının çıxdığı müqavilələrə, o cümlədən İranla nüvə sazişinə qayıtmaq üçün böyük işlər görməlidir.

Rusiyaya qarşı sərt mövqe tutacağı gözlənilən Baydenin Xarici İşlər Nazirliyində Rusiya ilə işləyən keçmiş karyerist diplomat Victoria Nulandı siyasi məsələlər üzrə müşavir təyin etməsi gözlənilir.

Nuland Rusiya prezidenti Vladimir Putini sərt şəkildə tənqid edən şəxs kimi tanınır.

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın İŞİD-lə Mübarizə üzrə Xüsusi Elçisi Brett McGurkun Yaxın Şərq və Şimali Afrika məsələlərinə rəhbərlik etməsi gözlənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun