Bayden Putinə zəng edib: "Amerika Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir"

Bayden Putinə zəng edib: "Amerika Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir"
27 Yanvar 2021
Mətni dəyiş

Amerikanın yeni prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinə zəng edib. Vladimir Putin Cozef Baydeni ABŞ prezidenti postunda işə başlaması münasibətilə təbrik edib. İki ölkə lideri arasında danışıqlar həm açıq, həm də ciddi olub.

Belə ki, liderlər arasında beynəlxalq gündəmin aktual məsələləri müzakirə olunub. Co Bayden Ukraynanın suverenliyinə dəstəyini ifadə edib. ABŞ və Rusiya rəhbərləri eləcə də İranın nüvə proqramı, Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə nizamlanmasına da toxunublar.

Rusiyanın müxalifət lideri Aleksey Navalnın həbsindən və Navalnıya dəstək mitinqlərindən də danışan Bayden baş verənlərlə bağlı narahatlığını ifadə edib.

Bununla yanaşı, Putin və Co Bayden Strateji Hücum Silahlarının məhdudlaşdırılması ilə bağlı müqavilənin uzadılması haqqında notalardan məmnunluğunu bildiriblər. Kreml rəhbəri bildirib ki, Rusiya və ABŞ arasında münasibətlərin normallaşması hər iki ölkənin maraqlarına cavab verərdi.

Rusiya tərəfi bildirib ki, danışıqlar ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub: "Rusiya və ABŞ prezidentləri arasında ilk danışıq işgüzar və açıq xarakter daşıyıb. Dövlət başçıları təmasları davam etdirməyi razılaşdırıblar", - deyə Kremldən bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun