Yazıçı Seymur Baycanın "Quqark" romanı Polşada, polyak dilində çap edilib.
Bu barədə kitabı çap edən 'KEW' nəşriyyatı məlumat yayıb. Romanı Azərbaycan dilindən tərcüməçi Julia Krajcarz çevirib.
Əsər Vroslav şəhərinin KEW nəşriyyatında (Kolegium Europy Wschodniej) işıq üzü görüb. Kitabın üz qapağı rəssam Jakub Kaminski tərəfindən işlənilib.
10 il öncə Qarabağ münaqişəsi mövzusunda yazılmış “Quqark” romanı bioqrafik xarakter daşıyır. Əsərin adı bir zamanlar müəllifin də iştirak etdiyi təlimlərin baş tutduğu şəhərdən götürülüb.
Roman Azərbaycan dilindən başqa artıq rus dilində də dərc edilib, ingilis dilində də nəşri gözlənilir.