Rus yazıçısı Varlam Şalamov Lenin, Trotski tərəfdarı olduğu və Bunini rus klassiki hesab etdiyi üçün həyatının ümumilikdə 20 ilini sürgündə keçirib. Onun 'Kolıma' hekayələr silsiləsi məşhurdur.
Başla Hərəkatı fikirlərinə görə haqsız yerə həbs edilən insanlara ithafən Şalamovun düşərgədə şahid olub yazdığı xatirələri paylaşıb. Təqdim edirik:
Varlam Şalamov - "Düşərgədə mən nə gördüm və nəyi anladım"
1. İnsan mədəniyyətinin, sivilizasiyasının olduqca kövrək olduğunu gördüm. İnsan ağır zəhmətdən, soyuqdan, aclıqdan və işgəncələrdən üç həftə sonra vəhşi heyvana çevrilirdi.
2. Ruhu zorlayan əsas vasitə soyuq idi. Orta Asiya düşərgələrində nisbətən isti olduğu üçün, yəqin ki, adamlar orda daha çox dözürdülər.
3. Başa düşdüm ki, dostluq, yoldaşlıq heç vaxt çətin, – həyata istinadən – sözün əsl mənasında çətin şərtlərdə ortaya çıxmır. Dostluq çətin, amma mümkün şərtlər zamanı (quyu dibində deyil, xəstəxanada) yaranır.
4. Başa düşdüm ki, insanın ən çox qoruduğu hiss qəzəbdir. Ac insandakı ət yalnız qəzəbə çatır – qalan hər şeyə qarşı o, biganədir.
5. Xarakteri gücləndirən həbsxana ilə insan ruhunu zorlayan düşərgə arasındakı fərqi anladım.
6. Stalinin günahsız insanları öldürməyin sayəsində “qələbələr” əldə etdiyini anladım – sayca on dəfə kiçik təşkilat Stalini 2 günə yox edərdi.
7. Anladım ki, insan heyvandan fiziki cəhətdən daha güclü və daha inadkar olduğuna görə insan olub – Heç bir at Uzaq Şərqdəki işə tab gətirmir.
8. Aclıq və təhqirə insan kimi az da olsa dözümlülük göstərən yeganə qrupun dindar – sektantların – demək olar ki, hamısının və popların böyük əksəriyyətinin olduğunu gördüm.
9. Hamıdan asan, ən birinci partiya işçiləri, hərbçilər parçalanıb bölünürdülər.
10. İntelligent üçün sillənin necə tutarlı arqument ola bildiyini gördüm.
11. Xalqın rəisləri zərbələrinə, əzişdirmə həvəsinə görə fərqləndirdiyini gördüm.
12. Döyülmələr arqument kimi, demək olar, dəfedilməzdir. (üsul № 3).
13. Sirli proseslərin hazırlığı haqqında həqiqəti onların ustalarından öyrəndim.
14. Nəyə görə siyasi xəbərləri (həbs və s.) həbsxanada azadlıqda olanlardan daha tez öyrənildiyini bildim.
15. Həbsxana (və düşərgə) “şayiə”sinin heç vaxt “şayiə” olmadığını öyrəndim.
16. Nifrətlə yaşamağın mümkünlüyünü başa düşdüm.
17. Anladım ki, biganəliklə yaşamaq mümkündür.
18. İnsanın nə üçün ümidlərlə – ümid deyilən şey olmur və iradə ilə - hansı iradə?! – deyil, instinktlə, özünüqoruma hissiylə - ağacda, daşda, heyvanda olan təməllərlə yaşadığını anladım.
19. Hələ lap əvvəldə, 1937-ci ildə başqa insanların, mənim kimi məhbusların ölümünə bais olacağım, rəhbərliyə xidmət etməli olacağım təqdirdə heç vaxt briqadir olmayacağımla bağlı verdiyim qərarla fəxr edirəm.
20. Bu böyük imtahanda həm fiziki, həm də mənəvi gücüm düşündüyümdən daha möhkəm çıxdı və fəxr edirəm ki, heç kimi satmadım, heç kimi ölümə, məhbəsə yollamadım, heç kimdən donos yazmadım.
21. Fəxr edirəm ki, 1955-ci ilədək heç bir ifadə yazmadım (1955-ci ildə Şalamov reabilitasiya üçün ifadə yazmışdı).
22. Yerindəcə “Beriya amnistiya”sının şahidi oldum – baxmağa dəyərdi.
23. Qadınların kişilərdən daha ləyaqətli, daha fədakar olduqlarını gördüm – Kolımada kişinin həyat yoldaşının yanına gəlməsi olmayıb. Lakin qadınlar ərlərinin ziyarətinə çox gəlirdilər (Faina Rabinoviç, Krivoşeyanın həyat yoldaşı) (Bax. “Yaşıl prokuror” oçerki).
24. “Qanuni həyat yoldaşlarına” və s. məktub yazan heyrətamiz şimal ailələri gördüm (muzdla işləyən və keçmiş məhbuslar).
25. “İlk Rokfeller”ləri, yeraltı milyonerləri gördüm, onların etiraflarını dinlədim.
26. Katorqa məhkumlarını, həmçinin, xeyli sayda “D”, “B” və s., “Berlaq” kontigentini gördüm.
27. Başa düşdüm ki, çox şeyə nail olmaq mümkündür – xəstəxanaya, köçürülməyə - ancaq bu, həyati risk bahasına – döyülmələr, buzlu karser – başa gələcək.
28. Qayadan qoparılıb düzəldilmiş buzlu karser gördüm və özüm də orada bir gecəni keçirdim.
29. Hakimiyyətin böyük adamlardan tutmuş sıravi əməliyyatçılara kimi (Seroşapka (Bax. “Giləmeyvələr” hekayəsi) və s.) hamısını tüfənglə öldürmək ehtirası böyükdür.
30. Rus insanının donosa, şikayətə olan ramedilməz meylinə şahid oldum.
31. Öyrəndim ki, dünyanı yaxşı və pis insanlara yox, qorxaq və qorxaq olmayanlara ayırmaq lazımdır. Zəif təhdid vaxtı 95% qorxaq hər cür əclaflığa, ölümcül əclaflığa qadirdir.
32. Əmin oldum ki, düşərgə bütünlüklə pis məktəbdir, hətta bir saat orada qalmaq olmaz – bu, zorlama saatıdır. Düşərgə heç kimə heç vaxt müsbət heç nə vermədi və verə də bilməzdi. Düşərgə hər kəsin – məhbusların və muzdluların – mənəviyyatını korlayır.
33. Hər regionun, hər tikintinin öz düşərgəsi var idi. Milyonlarla, on milyonlarla məhbus.
34. Repressiya təkcə yuxarılara deyil, cəmiyyətin hər təbəqəsini əhatə edirdi – istənilən kənddə, istənilən zavodda, hər ailədə ya kiminsə qohumu, ya da tanışı repressiyaya məruz qalmışdı.
35. Ömrümün ən yaxşı vaxtlarını Butır həbsxanasında keçirdiyim ayları hesab edirəm, orada zəiflərə ruh yüksəkliyi aşılayırdım və hamı rahat şəkildə danışa bilirdi.
36. Həyatımı bir gündən çox olmayaraq sonraya “planlamağı” öyrəndim.
37. Başa düşdüm ki, oğrular insan deyil.
38. Düşərgədə isə cinayətkarlar yoxdur və orada sənin yanında olanlar (və sabah da olacaqlar) qanunun hüdudunu keçdiklərinə görə yox, hüduddan kənarda ikən tutulublar.
39. Bir oğlanın, gəncin: xahiş etməkdənsə, oğurlamaq yaxşıdır – heysiyyətinin necə dəhşətli bir şey olduğunu anladım.
40. Qadınlar həyatımda böyük rol oynamayıb. Bunun səbəbi isə düşərgədir.
41. İnsanların biliyi faydasızdır, zira hər hansı yaramazla münasibətdə öz davranışımı dəyişə bilmirəm.
42. Hamının – məhbəs nəzarətçilərinin də, yoldaşların da - zəhləsi getdiyi insanlar içində ən rəzilləri geridə qalanlar, xəstələr, zəiflər, şaxta zamanı qaça bilməyənlərdir.
43. Hakimiyyətin və silahlı insanın nə olduğunu anladım.
44. Miqyasların qarışıq olduğunu və bunun düşərgəyə xas olduğunu bildim.
45. Məhbus halından azad insan halına keçməyin çox çətin, uzun reabilitasiyasız, demək olar, mümkünsüz olduğunu anladım.
46. Başa düşdüm ki, yazıçı təsvir etdiyi məsələlərdə əcnəbi olmalıdır, əgər o, materiala yaxşı bələd olsa, elə yazacaq ki, heç kəs onu anlamayacaq.