Zelenski Rusiya ilə mümkün müharibədən danışıb: "Bu dəhşətli bir vəziyyətə gətirib çıxardar"

Zelenski Rusiya ilə mümkün müharibədən danışıb: "Bu dəhşətli bir vəziyyətə gətirib çıxardar"
26 Dekabr 2020
Mətni dəyiş

"Bu dəhşətli bir vəziyyətə gətirib çıxardar və bunu təsəvvür etmək istəmirəm"

Ukrayna Prezidenti Vladimir Zelenski mətbuat konfransında yerli jurnalistlərin suallarını cavablandırıb. Ukraynalı bir müxbirin "Rusiya Krım üzərindən ölkəyə yenidən hücum edərsə nə olacaq?" sualına prezident “Bu dəhşətli bir vəziyyətə gətirib çıxardar və bunu təsəvvür etmək istəmirəm. Belə bir şeyin mümkünsüz olmasına ümid edirik. Əks təqdirdə, bu böyük bir müharibə olar. Heç bir yerə getmərik, hamı döyüşər və kişi-qadın hamı səfərbər olar, amma bu da insanlarımız üçün çox pis olar. Əminəm ki, Rusiya da bunu bilir”, - deyə cavab verib.

Putinə zəng etsəm, mənimlə görüşər

Başqa bir müxbirin "Rusiya prezidenti Vladimir Putinlə yenidən görüşmək istəyərdinizmi?" sualına Zelenski “Putinə zəng etsəm, mənimlə görüşə bilər, ona zəng edə bilərəm, amma indi bunun üçün səbəb görmürəm. Müharibənin başlamaq ehtimalı olsa, dayandırmaq üçün Putinlə danışmaq lazım olacaq. Görüş Normandiya formatında və ikitərəfli dialoq şəklində olacaq”, - deyə cavab verib.

Keçən ilin dekabr ayında Ukrayna - Rusiya böhranına həll yolu tapmaq üçün Rusiya, Ukrayna, Almaniya və Fransa liderlərinin iştirakı ilə Fransanın paytaxtı Parisdə Normandiya formatında 4 tərəfli görüş keçirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun