Zəngilanda ordu Azərbaycanın dövlət sərhəddinə çıxmayıb

Zəngilanda ordu Azərbaycanın dövlət sərhəddinə çıxmayıb
8 Dekabr 2020
Mətni dəyiş

Azərbaycan ordusu İkinci Qarabağ Müharibəsi zamanı işğaldan azad edilmiş Zəngilan rayonunun ərazisində SSRİ dönəmində ayrılmış Ermənistan-Azərbaycan sərhəddinə çıxa bilməz.

Azərbaycan indiki bölgü xəttinin beynəlxalq aləmdə tanınmış sərhədlər xəttinə çəkilməsini tələb edir.

Zəngilan rayonu azad edilərkən Azərbaycan ordusu hücumu dayandırıb, belə ki, təpələrdə RF bayraqlarını dalğalandıran Rusiya Sərhəd Xidmətinin bölmələri ilə qarşılaşıb.

"Onlar (azərbaycanlılar – Turan) tələb edirlər ki, biz onların ərazilərini xəritəyə əsasən azad edək, söhbət Ermənistan Respublikasına məxsus olmayan ərazidən gedir", - Ermənistanın Sünik vilayətinin sərhəd Tex kəndinin icma rəhbəri Nerses Şaduns Ermənistanın tert.am KİV-nə bildirib.

Azərbaycanlılar Zəngilanı işğaldan azad edənə qədər Sünik erməniləri işğalda olan Cəbrayıl rayonunda (hazırda azad edilib) qoyunlarını otarırdılar. İndi onların kifayət qədər otlaqları yoxdur.

"Kənddə 50 min qoyun saxlayırdılar, hazırda hamısını ucuz qiymətə satıblar, müxtəlif adamlar alıblar. Bilmirik, bir ildən sonra pul verəcəklər, ya yox. Əvvəllər də kənddə otlaq problemi var idi, təsəvvür edirsinizmi, indi nədən söhbət gedir?", - o deyib.

İcma rəhbəri deyir ki, hazırda icmanın bir nömrəli problemi mövqe məsələsidir, təhlükəsizliyi təmin etmək, sonra digər məsələlər barədə düşünmək lazımdır.

"Sərhəd qoşunları (Rusiya - Turan) bəzi yerlərdə dururlar, amma sakinlər əsasən ordunun (erməni - Turan) yanında dayanır, özünümüdafiə tədbirləri görür. Onlar demarkasiyanı, dövlət sərhədlərinin müəyyənləşdirilməsini gözləyirlər", - kəndin rəhbəri deyib.

Onlara deyiblər ki, Ermənistan SSR-in sərhəddinə qədər tutulmuş torpaqları Azərbaycana vermək lazım gələcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun