Vaşinqton Dağlıq Qarabağdakı vəziyyəti "diqqətlə izləməyə" davam edəcək

Vaşinqton Dağlıq Qarabağdakı vəziyyəti "diqqətlə izləməyə" davam edəcək
10 Dekabr 2020
Mətni dəyiş
Vaşinqton Dağlıq Qarabağdakı vəziyyəti "diqqətlə izləməyə" davam edəcək.
Bu həftə sonu ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi üzrə baş nümayəndəsi Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk Qrupunun rolunu müzakirə etmək üçün Bakıya və Yerevana səfər edəcək.
Bu barədə "Turan” məlumat verib.
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Riker çərşənbə axşamı, dekabrın 8-də Helsinki Komissiyası qarşısında çıxış edərkən bildirib ki, Amerikalı həmsədr Endryu Şofer hazırda Cenevrədə səfərdədir və " diplomatik həllə nail olmaq və irəliləyiş əldə etmək üçün” digər həmsədrlərlə birlikdə o, Azərbaycana və Ermənistana səfər edəcək.
"Biz Avropada - Ukraynada, Moldovada və Gürcüstandakı uzun münaqişələri, həmçinin Dağlıq Qarabağ münaqişəsini ATƏT-in diqqət mərkəzində saxlayacağıq. Biz Dağlıq Qarabağ münaqişəsinin ədalətli və möhkəm həllinin axtarışı üçün Minsk Qrupunun həmsədrlərindən istifadə etməyə davam edəcəyik. Hərbi əməliyyatların dayandırılması yalnız ilk addımdır. İstənilən möhkəm həll Helsinki Yekun Aktında yer alan prinsiplərə əsaslanmalıdır", deyə Riker bildirib.

"Bu və digər məsələlərlə bağlı irəliləyiş əldə etsək də, dərin fikir ayrılıqları, xüsusən Azərbaycan, Ermənistan və əksər ölkələr arasındakı fikir ayrılıqları daha konkret və ciddi nailiyyətlər üçün maneə olaraq qalmaqda davam edir", deyə o əlavə edib.

"ABŞ münaqişə zonasında hərbi əməliyyatların dayandırılmasını alqışlayır, insanların, o cümlədən dinc sakinlərin ölümünə görə dərin təəssüf hissi keçirir: Bu həyatlar qayıtmayacaq”.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycana yardım üçün yaradılmış Minsk Qrupu həll yolu tapmaq üçün "ən yaxşı imkandır".

"Biz əvvəlki kimi hesab edirik ki, burada uzunmüddətli hərbi həll yoxdur", deyən Riker izah edib ki, illər əvvəl Ermənistanın döyüş meydanında qələbəsi münaqişənin başa çatmasına gətirib çıxarmayıb və Minsk Qrupu "tarazlığı diplomatiya vasitəsilə qoruyub saxlamağa çalışıb".
F.Riker razılaşmaların danışıqlar masası arxasında həmsədrlərin köməyi ilə möhkəmləndirməyin lazım olduğunu vurğulayıb.

Vaşinqton həmçinin Moskva və Parislə işləyir, belə ki, onun Rusiyanın tətbiq etdiyi atəşkəslə, habelə Türkiyənin rolu ilə bağlı "çox sayda sualı var", deyə Riker qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun