"Twitter qatili" barəsində ölüm cəzası çıxarılıb

"Twitter qatili" barəsində ölüm cəzası çıxarılıb
16 Dekabr 2020
Mətni dəyiş

Twitterdə tanış olduğu 9 nəfərin ölümündə ittiham olunan, Yaponiyada "Twitter qatili" kimi tanınan Takahiro Shiraishi ölüm cəzasına məhkum edilib. 

Qatilin evindən insan cəsədlərinin parçaları tapıldığı üçün 2017-ci ildə həbs edilmişdi.

Yaponiya polisi Shiraishinin evindən qutularda gizlədilmiş 9 insan başı və 240 insan sümüyü tapmışdı.

İttihamları qəbul edən qatilin qurbanlarının tam əksəriyyəti qadınlar olub, yalnız öldürülənlər arasında 1 kişi var.

Twitter hesabında özünü intihara meyilli qadınların ölmələrində kömək edəcək biri kimi tanıdıb. Digər bir hesabında isə özünü qarşılqlı intihar razılaşmasına girə bilcək heç kimi olmayan biri kimi tanıdıb.

Cinayət işi elə bu səbəbdən, yəni, internet ortamında intiharın əlaqə üçün necə bir mövzu olduğu ətrafında müzakirələrə səbəb olub.

3 ay davam edən cinayətlər

Evinə çağırdığı qadınlarla zorla cinsi əlaqəyə də girən Shiraishi cinayətlərini 2017-ci ilin Avqust -  Oktyabr ayları aralığında edib və qurbanları əsasən 15-26 yaş arası azyaşlı qızlar və qadınlardır.

Öldürülənlərdən biri isə kişi olub. O, itkin düşən qadınlardan birinin dostu olub. Shiraishi onu özündən şübhələndiyi üçün öldürüb.

Cinayətlər 2017-ci ilin Cadılar bayramı ərəfəsində Shiraishinin Tokio yaxınlığında yerləşən Zama şəhərindəki evindən parçalanmış insan cəsədlərinin tapılması ilə üzə çıxıb.

Qatilin vəkilləri bildirib ki, qadınlar öldürülmələri üçün razılıq veriblər və buna görə də Shiraishinin cəzası yüngül olmalıdır.

Ancaq Shiraishi vəkillərinin bu tələbinə etiraz olaraq bildirib ki, qadınları razılıqları olmadan öldürüb.

Tutulduğum üçün peşmanam

Öz müdafiəsində cinayətlərindən danışan Shiraishi deyib ki, cəsədləri parçalara ayırıb və ətləri zibil qutularına atıb, ancaq sümüklər diqqət çəkməsin deyə, onları ayrıca qutularda saxlayıb.

Yapon mediası yazıb ki, Shiraishi məhkəmə proseslərinin uzun çəkdiyini və veriləcək ölüm cəzasını məmuniyyətlə qəbul edəcəyini deyib.

Çox zaman birlikdə olduğu adamları öldürdüyü üçün üzgün olduğunu deyən Shiraishi, qurbanlarının ailələrindən üzr istəyib.

Shiraishi öldürdüyü digər şəxslər üçün isə peşman olmadığını bildirib: "Sadecə tutulduğum və uğursuz olduğum üçün peşmanam, tutulmasaydım heç bir şeydən peşman olmayacaqdım", - deyə o bildirib.

Məhkəməni idarə edən hakim Naokuni Yano bildirib ki, qurbanların heç biri öldürülmələrinə razı olmayıb. O, Takahiro Shiraishini bütün cinayətlərdə təqsirli bilib və ölüm hökmünə məhkum edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun