Türkiyə müdafiə naziri: Ortaq mərkəzdə fəaliyyət göstərəcək şəxsi heyətimiz artıq Azərbaycana gedib

Türkiyə müdafiə naziri: Ortaq mərkəzdə fəaliyyət göstərəcək şəxsi heyətimiz artıq Azərbaycana gedib
30 Dekabr 2020
Mətni dəyiş
Türkiyə müdafiə naziri Hulisi Akar, Baş Qərargah rəisi general Yaşar Gülər, ali rütbəli hərbçilər və nazir müavinləri ilin yekunlarını dəyərləndirmək üçün birgə videokonfrans keçiriblər. Müdafiə naziri Akar çıxışında deyib ki, 44 günlük Qarabağ müharibəsinin sonunda noyabrın 9-da atəşkəs elan edildikdən sonra Rusiya Müdafiə naziri ilə aparılan müzakirələrin nəticəsi olaraq ortaq nəzarət mərkəzini yaradılmasına razılıq əldə edilib. Akar deyib ki, "Hərbi şəxsi heyətimiz artıq Azərbaycana gedib, orda hazır gözləyirlər. Ortaq mərkəzin tikintisinin bitməsi və fəaliyyətə başlamasından sonra bir generalımız və 35 zabitimiz fəaliyyətə başlayacaq". Həmçinin nazir Qarabağda mina və əldəqayırma partlayıcı maddələrlə mübarizə üçün Türkiyə Silahlı Qüvvələrinin peşəkar qrupunun da işlədiyini deyib. "İnsani yardım fəaliyyətləri çərçivəsində Azərbaycanlı qardaşlarımıza əlimizdən gələn dəstəyi göstərdik, göstərməyə davam edəcəyik. Azərbaycanlı qardaşlarımızın haqlı, şərəfli mübarizəsində onların yanında olduq, bundan sonra da olmağa davam edəcəyik" - deyə müdafiə naziri bildirib. İclasda həmçinin Türkiyənin Əfqanıstan, Qətər, Somali, Bosniya Hersoqovinya, Kosova, Liviyada fəaliyyət göstərən ordu qruplarının fəaliyyəti haqda da məlumat verilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun