Türkiyə mübahisəli sulardan gəmisini geri çəkib, Yunanıstanı dialoqa çağırır

Türkiyə mübahisəli sulardan gəmisini geri çəkib, Yunanıstanı dialoqa çağırır
24 Dekabr 2020
Mətni dəyiş

Yunanıstanla gərginlikdən və Avropa Birliyinin reaksiyasından sonra Şərqi Aralıq dənizindəki fəaliyyətini başa vuran Oruç Rəis gəmisi iyun ayına qədər Antalya körfəzində seysmik tədqiqatlar aparacaq.

Avropa Birliyi Liderləri Sammitindən əvvəl Yunanıstanın Aralıq dənizindəki reaksiyasına səbəb olan bölgələrdə fəaliyyətini başa vuran Oruç Reis gəmisinin 15 İyuna qədər Antalya Körfəzində seysmik tədqiqatlar aparacağı açıqlanıb.

Oruç Rəis üçün Antalya Körfəzi ilə məhdudlaşan NAVTEX-in bu yaxınlarda Afinanı dialoq masasına çağırmaq strategiyasının bir hissəsi olduğu və bu çərçivədə yeni ildə Ankara-Afina məsələsinə dair danışıqların keçiriləcəyi bildirilib.

Dar fəaliyyət sahəsi

Oruç Rəisin əvvəlki tədqiqat sahələri ilə müqayisədə dar bir sahədə həyata keçiriləcək fəaliyyəti üçün daha uzun bir müddət müəyyən edilib. Gəmi 10 avqust - 12 sentyabr və daha sonra 12 oktyabr - 29 noyabr tarixləri arasında BMT-yə bildirilən Türk qitə şelfinin cənub sərhədlərindən başlayaraq 28 nömrəli uzunluğun şərqinə qədər uzanan geniş bir ərazidə seysmik tədqiqat fəaliyyətləri həyata keçirirdi. Ankara - Afina arasındakı gərginlik Türkiyə - Avropa Birliyi münasibətlərinin də fonundadır.

Sentyabr ayında keçiriləcək AB Liderləri Zirvəsi öncəsi "Diplomatiyaya fürsət tanımaq üçün" Oruç Rəis gəmisini öz limanlarına qaytaran, dekabrdakı zirvə görüşü öncəsi isə Aralıqdakı araşdırmaların yekunlaşdığını açıqlayan Türkiyə, son günlər Yunanıstana dialoq çağırışları edir. Xarici işlər naziri Mevlut Çavuşoğlu AB zirvəsindən əvvəl Türkiyənin Yunanistanla dialoqa hazır olduğunu bildirib: "Yunanıstan Oruc Rəis gəmisinin o bölgədə olduğu müddətdə danışıqlara gəlməyəcəyini bildirmişdi. Ancaq 29 noyabrda gəmi işini tamamıayıb o bölgədən çıxdı, Yunanıstan isə indi danışıqlara gəlməmək üçün başqa bəhanələr tapır", - deyə Mövlud Çavuşoğlu əlavə edib.

Dialoq pəncərəsi

Oruc Rəis gəmisini limana qaytardıqdan sonra, Ankaradan Afinaya dialoq çağırışlarının güclənməsi gözlənilir. Sentyabrda Almaniyanın vasitəçiliyi ilə aparılan danışıqlarda, iki ölkə arasında xüsusən Egey dənizi ilə bağlı problemlərə həll yolları axtarmaq üçün 60 raund davam edən ilkin danışıqların davam etdirilməsi barədə razılığa gəlinmişdi.

Ancaq Türkiyənin mübahisəli ərazilərdə araşdırma aparmaq qərarından sonra, Yunanıstan danışıqlardan imtina etmişdi.

Avropa Birliyi ölkələrinin liderlərini Türkiyəyə qarşı ağır sanksiyalar tətbiq etməyə məcbur edə bilməyən Yunanıstanın, Türkiyə ilə danışıqlara gedib-getməyəcəyi hələ bilinmir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun