Tramp Türkiyəyə sanksiyanı nəzərdə tutan layihəyə veto qoyur

Tramp Türkiyəyə sanksiyanı nəzərdə tutan layihəyə veto qoyur
14 Dekabr 2020
Mətni dəyiş

Amerika prezidenti Donald Tramp Türkiyənin ötən il Rusiyadan aldığı S-400 havadan müdafiə sistemləri səbəbi ilə Amerikanın Türkiyəyə tətbiq edəcəyi sanksiya layihəsinə veto qoyub. 

Tramp Twitter üzərindən paylaşım edərək bildirib ki, yeni müdafiə sistemlərinin istehsalından Çin qazanacaq. Ona görə layihəyə veto qoyur.

Türkiyəyə sanksiyaları nəzərdə tutan layihə Amerika senatında 3/2 çoxluqla qəbul olunmuşdu. Əgər senat yenidən eyni tərkiblə sənədə baxıb qəbul etsə, Trampın ikinci veto hüququ qalmırdı və sanksiyalat tətbiq olunacaqdı.

Sanksiyalara nələr daxil idi?

Sənəddə Trampdan Amerikanın sanksiya tətbiq etdiyi ölkələrə münasibətdə sanksiyadan irəli gələn addımları pozub əməkdaşlıq edənlər üçün nəzərdə tutulan 12 sanksiya növündən ən azı 5-ini tətbiq etməyi tələb edirdilər.

Sənəddə sanaksiya tətbiq olunan şəxslərə və qurumlara idxal və ixrac dəstəyinin kəsilməsi, Amerikanın beynəlxalq maliyyə təşkilatlarından kredit verlməməsi, maliyyə təşkilatlarına Amerikanın mərkəzi bankı ilə birbaşa iş görmək üçün icazə verilməməsi, xarici valyuta üzərindən iş görülməsinin qadağan edilməsini nəzərdə tutan müddəalar yer alıb.

Tramp 2017-ci ildə öz imzası ilə dövrüyəyə girən sanksiya layihəsinin bundan əvvəl də Türkiyəyə tətbiq olunmasını əngəlləmişdi.

Türkiyənin Amerikadan havadan müdafiə sistemləri ala bilmədiyi üçün Rusiyadan S-400 aldığını, buna görə də Türkiyə rəsmilərinin cəzalandırılmamalı olduğunu deyən Tramp öz səlahiyyətləri çərçivəsində hər dəfə bunun qarşısını almışdı.

Sənəddə Türkiyə ilə bağlı daha bir ciddi məqam isə ondan ibarətdir ki, Türkiyənin Amerikadan aldığı, ancaq S-400 məsələsindən sonra proqramdan çıxardığı və Türkiyəyə verilməyən 6 ədəd F-35 döyüş qırıcılarının Amerika Müdafiə Nazirliyi tərəfindən istifadəsinə icazə verilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun