Tramp: “Mən sadəcə dünyanın özünü məhv etməsinin qarşısını almaq istəyirəm!”

Tramp: “Mən sadəcə dünyanın özünü məhv etməsinin qarşısını almaq istəyirəm!”
11 Dekabr 2020
Mətni dəyiş
ABŞ prezidenti Donald Tramp "Twitter" hesabında ABŞ-ın Qida Məhsulları və Dərmanlara Nəzarət Agentliyinin fəaliyyətini tənqid edib. 
CNN-in dekabrın 11-də verdiyi məlumata görə, prezident agentliyi bürokratiyada və bir sıra vacib peyvəndlərin təsdiqlənməsini gecikdirməkdə ittiham edib.
Prezident Qida Məhsulları və Dərmanlara Nəzarət Agentliyini yaşlı və böyük tısbağaya oxşadıb.
Qurumun rəhbərinə müraciət edən Ağ Ev rəhbəri peyvəndlərin dərhal təqdim edilməli olduğunu vurğulayıb: "Doktor Han, oyun oynamağı dayandırın və insanların həyatını xilas etməyə başlayın!”
Prezident Tramp Co Baydenin məsul olduğu Obama administrasiyasının "donuz qripi” ilə mübarizəsini yada salıb və Demokratların fəaliyyətini fəlakət adlandırıb. "İndi onlar gəlib "müasir tarixdəki ən böyük və ən sürətli tibbi fəlakətlərdən” birinə nəzarəti ələ almaq istəyirlər. Mən belə düşünmürəm!” - Tramp yazıb, ardınca isə əlavə edib: "Mən sadəcə dünyanın özünü məhv etməsinin qarşısını almaq istəyirəm!"

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun