Şərqi Afrika blokundakı 8 ölkə də bir araya gəlib, aralarındakı problemləri həll etməyə çalışırlar

Şərqi Afrika blokundakı 8 ölkə də bir araya gəlib, aralarındakı problemləri həll etməyə çalışırlar
24 Dekabr 2020
Mətni dəyiş

20 dekabr Cibutidə təşkil edilən 38-ci Şərqi Afrika bloku Hökumətlərarası İnkişaf İdarəsi (IGAD) görüşündə yeni növ koronavirus epidemiyasının səbəb olduğu böhrandan, İranın nüvə dosyasına, Fələstin məsələsindən Livya böhranına qədər bir çox məsələ müzakirə olunub.

Efiopiya Baş naziri Abiy Əhməd Əli, Sudan Baş naziri Abdullah Hamduk, Somali prezidenti Məhəmməd Abdulla Fermacu, Cənubi Sudan prezidentinin köməkçisi Rebecca Nyandenq De Mabior, Cibuti prezidenti İsmayıl Ömər Guelleh, Keniya prezidenti Uhuru Kenyatta, Afrika Birliyi Komissiyası başçısı Musa Faki Mahamadın qatıldığı görüşün gündəmini bölgədəki qarışıq problemlər əhatə edib.

Səmimi söhbətlər

Fövqəladə gündəmlə toplaşan, bölgə ölkələrini bir araya gətirən zirvədə Sudan Baş naziri Abdulla Hamduk və efiopiyalı həmkarı Abiy Əhməd də bir araya gəlib. Abiy Əhməd Tvitterdəki paylaşımında Tiqray bölgəsindəki son olanlara işarə edərək, "Əddis Əbəbədəki son görüşümüzün davamı olaraq, ikitərəfli məsələləri müzakirə etmək üçün Sudan Baş naziri Hamdukla görüşdüm" yazlb.

Beynəlxalq təşkilatların məlumatlarına görə, Tiqray bölgəsindəki qarşıdurma və Sudan ilə Efiopiya arasındakı əhəmiyyətli sərhəd problemi səbəbi ilə onminlərlə efiopiyalı Sudana axın edib.

Efiopiya Baş naziri keçən həftə bəzi sudanlı əsgərlərin efiopiya polisləri tərəfindən öldürülməsindən sonra, ölkələr arasında bağların qopmayacağını bildirmişdi. Əhməd Tvitter hesabında “Efiopiya hökuməti Efiopiya-Sudan sərhədindəki hadisələri yerli polislərlə yaxından izləyir. Aydındır ki, qarşıdurmaya səbəb olanlar xalqlarımız arasındakı köklü bağların gücünü anlamırlar ”, - deyə qeyd edib.

Somali-Keniya böhranı

IGAD Zirvə toplantısının gündəmi həm də Somali-Kenya münasibətlərindəki siyasi böhran idi. İki ölkə arasındakı yeni böhran səbəbiylə Moqadişu Nairobidəki səfiri Məhəmməd Əhməd Nuru geri çağırmışdı və keniyalıların Somaliyə girişinə viza tətbiq etmişdi.

Mübahisə noyabrın sonlarında Somali Xarici İşlər Nazirliyinin Keniyanı Somalinin daxili işlərinə qarışmaqda və Somali seçkilərinin nəticələrinə təsir göstərməyə çalışmaqda ittiham edən açıqlama verməsi ilə başlamışdı. Keniya isə Somalinin ittihamlarını qınayıb. Keniya Xarici İşlər Nazirliyi ittihamların diplomatik kanallardan keçmədiyini deyərək, ölkənin siyasi və diplomatik normalara bağlı olduğunu vurğulayıb.

Digər tərəfdən də Cənubi Sudan böhranı. Cənubi Sudan prezident Salva Kiir Mayardit ilə müxalifət lideri Riek Machar arasında sıx bir rəqabətə şahid olur. Hər iki tərəf 2018-ci ilin iyun ayında Xartum Sazişi ilə barışıq əldə etsə də, aralarındakı güc bölgüsü müharibəsi hələ də davam edir. Bununla belə, bəzi dairələr sülh müqaviləsini ölkəni yeni vətəndaş müharibələrindən qurtarmaq üçün regional və beynəlxalq dəstəyə ehtiyacı olan kövrək bir sülh müqaviləsi kimi təsvir edirlər.

Əməkdaşlıq çağırışları

Digər tərəfdən də İntibah məsələsi və Tigray Xalq Qurtuluş Cəbhəsi üsyançılarına qarşı hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyatlar kimi çətinliklərlə üzləşən Efiopiya Baş naziri, IGAD ölkələrinin liderlərini birlikdə iş görməyə çağırıb. Tvitter hesabında paylaşdığı tvitdə Abiy Əhməd, “Bölgəmizdəki sabitliyin gücü əməkdaşlığa əsaslanır. Bölgədəki ölkələrin liderləri olaraq bölgəmizdəki təcili problemləri müzakirə etmək üçün eyni masada əyləşə bildiyimiz üçün xoşbəxtəm", - deyə qeyd edib.

IGAD 1996-cı ildə Cibuti, Efiopiya, Sudan, Kenya, Somali, Eritreya və Cənubi Sudandaki üzv dövlətlərin təhlükəsizliyini və sülhü qorumaq, insan haqlarının qorunmasına təşviq etmək, bu ölkələr arasında iqtisadi əməkdaşlıq və koordinasiyanı təmin etmək üçün qurulub. IGAD ortaq inkişaf strategiyalarını müəyyənləşdirmək, iqtisadi, sosial, texnoloji və elmi siyasətləri əlaqələndirmək, xarici sərmayə cəlb etmək qabiliyyətini artırmaq, ticarət, gömrük, nəqliyyat, rabitə, kənd təsərrüfatı və təbii ehtiyatlarla bağlı fəaliyyətləri əlaqələndirmək, məhsulların, rabitə, nəqliyyat və sərbəst hərəkətini təmin etmək və enerji sahələrində infrastrukturun yaxşılaşdırılması üçün yaradılan ən vacib regional strukturlardan biri kimi qəbul olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun