Cəmiyyət

Rusiya Müdafiə Nazirliyi: "43 mindən çox erməni Dağlıq Qarabağa qaytarılıb"

1 dəqiqə
Rusiya Müdafiə Nazirliyi: "43 mindən çox erməni Dağlıq Qarabağa qaytarılıb"

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Dağlıq Qarabağdakı rus sülhməramlıları 274 hektar ərazidən partlayıcı maddələri təmizləyiblər.

274 hektar ərazi, təxminən 105 kilometr yol və 451 ev rus sülhməramlıları tərəfindən minalardan təmizlənib.

Axtarışlar nəticəsində 8 min 700-dən çox partlayıcı aşkar edilərək, zərərsizləşdirilib.

Eyni zamanda, 488 erməni Ermənistanın paytaxtı Yerevandan Xankəndinə gətirilib. Onların avtobusunu Rusiyanın sülhməramlıları müşayət edib.

İndiyə qədər ümumilikdə 43 mindən çox erməni Dağlıq Qarabağa qaytarılıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun