Rusiya höküməti Navalnını zəhərləmək üçün 8 FTX agentini təlimatlandırıbmış

Rusiya höküməti Navalnını zəhərləmək üçün 8 FTX agentini təlimatlandırıbmış
15 Dekabr 2020
Mətni dəyiş

Rusiya müxalifətinin lideri Aleksey Navalnının zəhərləmək üçün Rusiya xüsusi xidmət orqanlarının ən azı 8 nəfərlik ölüm komandasının təlimatlandırıldığı və bu 8 nəfərin bir neçə il əvvəldən Navalnının izlədiyi iddia olunur. 

Almaniyanın həftəlik xəbər dərgisi Spiegelin, Ingiltərədə yerləşən araşdırmaçı qəzet Bellingcatın, The Insider və Amerikanın xəbər kanalı CNN-in birlikdə apardığı araşdırmada Rusiya müxalifətinin lideri Navalnının zəhərlənməsi məsələsi ilə bağlı yeni məlumatlar üzə çıxıb. Məlumatlara görə, Navalnının zəhərlənməsi üçün FSB-nin ən azı 8 əməkdaşı təlimatlandırılıb. Sözügedən şəxslərin adlarının və şəkillərinin də yayıldığı araşdırmada deyilir ki, bu şəxsləri çoxlu sayda FSB müxbirlərinin telefon bağlantılarını, GPS və məkan məlumatları, Rusiyanın daxili səfərlərinə dair sərnişin məlumatları əsasında müəyyən etmək olub. Araşdırmada deyilir ki, bu şəxslər Navalnını 2017-ci ildən izləyirlər və sadecə izləmək üçün təlimatlandırıldıqları da real deyil. 8 nəfərlik komandda keçmişdə zəhərlənmə hadisələri ilə bağlantıları olan şəxslər, eyni zamanda Rusiyada hazırlanan, zəhərli maddə hesab olunan "Noviçok"-un hazırlandığı laboratoriya ilə əlaqəsi olan 2 nəfər də var. Araşdırmada o da deyilir ki, 8 nəfərlik qrupda olan şəxslər keçmişdə Rusiyanın kimya sahəsində çalışmış şəxslər də ola bilər. Oteldə barın arxasında normal vaxtdakından daha çox adam var idi Əldə edilən məlumatlara görə, Navalnının zəhərləndiyi məlum olunan Tomsk bölgəsində Moskvaya uçuşdan əvvəl 8 FTX agenti arasında tez-tez telefon əlaqəsi olub və Aleksey Aleksandrov adlı bir müxbir də Navalnının yaxın adamı tərəfindən Tomskdakı otelin ətrafında görülüb. Spiegelə oteldəki məlum gecədən danışan Navalnı deyib ki, otel barının arxasında normaldakından daha çox adam var idi və barmendən özüm üçün sifariş etdiyim kokteyli vermədi, ikinci hazırladığı kokteyli verdi. Navalnı barı tərk etdikdən sonra FTX müxbirlərinin telefon danışıqlarının yenidən çoxaldığı deyilib. Aleksandrovun də telefonundakı məlumatlara baxdıqdan sonra gecə yarısı otel ətrasfında olduğu təsbit edilib. Araşdırmada həm də o qeyd edilib ki, zəhərlənmə olayı FTX qrupunun ilk cəhdi olmayıb, bundan əvvəl də 2020-ci ilin iyul ayında bir dəfə cəhd edilib. Navalnı necə zəhərlənmişdi? Navalnı 30 avqustda Sibirin Tomsk bölgəsindən Moskvaya gedərkən anidən vəziyyəti ağırlaşmışdı və Omsk şəhərində təyyarə təcili eniş etmişdi. Orada müalicə olunan Navalni 22 avqustda müalicəsini davam etdirmək üçün Almaniyaya aparılmışdı. Həftələrlə komada qalan Navalnının "Noviçok" adlı zəhərli maddə ilə zəhərlənməsi məlum olmuşdu. Bu zəhərli maddənin 1970-ci illərdə Sovetlət birliyinin laborotoriyalarında hazırlandığı bildirilir. Navalnı sentyabr ayında Almaniyada müalicə aldğı xəstəxanada müalicəsini başa vurub, xəstəxanadan ayrılıb. Rusiya prezidenti Vladimir Putin isə Rusiya müxalifətinin lideri Navalnının zəhərlənməsi ittihamlarını rədd edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun